Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avstriya qeydləri: Qastayn – isti bulaqlarla zəngin qış kurortu

Qastayn Avstriyanın Zalsburq federal əyalətində radonla zəngin isti bulaqları ilə bütün dünyada məşhur olan kurort yeridir. Alp dağlarında yerləşən bu diyar qış fəslində kilometrlərlə uzanan müxtəlif səviyyəli yollarda xizək sürmək kefini yaşamaq istəyən fəal istirahət həvəskarlarını cəlb edir. Beləliklə, turizmin isti bulaqlarda dincəlmək və idmanın qış növləri ilə məşğul olmaq kimi sanki bir-birini təkzib edən istiqamətləri Qastaynda unikal şəkildə birləşir. Zalsburqda muzeylər və saraylara ayaq döyməkdən yorulandan sonra qatara mindik və artıq bir saat sonra dəniz səviyyəsindən min metr yüksəklikdə yerləşən füsunkar mənzərəli dağ vadisinə - Qastayna çatdıq.

Diplomatlar kurortu, şəlalə və dağ xizəkləri

Hələ iki min il əvvəl Qastayn vadisində romalılar məskunlaşmışdılar. Elə o vaxtlar da insanlar buradakı mineral termal bulaqların müalicəvi qüvvəsindən xəbərdar idilər. Habsburqlar sülaləsinin hakimiyyəti dövründə Qastaynın sanki ikinci nəfəsi açıldı, Bismarkın dövründə isə ”diplomatlar kurortu”na çevrildi. İmperator I Frans Yozef və xanımı imperatriçə Yelizaveta, knyaz Bismark, Qrillparser, Şubert, Ştraus, Şopenhauer və bir çox başqaları kimi adlı-sanlı qonaqları sayəsində Qastayn dünya səviyyəli müasir balneoloji kurort şöhrəti qazanıb. XX əsrin müharibələrinin güclü dağıntılarından dərhal sonra - 1945-1946-cı illərdə Qraukogeldə dağ-xizək lifti quraşdırıldı. Bu, Qastayn, yaxud Qastaynertal vadisi üçün yeni dövrün - qış idmanı dövrünün başlanması demək idi.

Müasir Qastayn üç əsas icmadan - bir-birinin yaxınlığında yerləşən Bad Qastayn, Bad Hofqastayn və Dorfqastayn icmalarından ibarətdir.

Biz Bad Qastayn stansiyasında düşdük. Bu, bənzərsiz diyar ilə tanışlığımız da elə buradan başlandı. Bad Qastayn sanki Hoe Tauern Milli Parkının ortasında, meşəli dağ yamaclarının əhatəsində nəhəng qobuda yerləşir. Onun xarici görünüşü üçün səciyyəvi olan çox gözəl klassik binalar təbiətlə harmoniya təşkil edir. Şəhərin mərkəzində, müasir otel kompleksləri əhatəsində coşqun dağ çayının axdığını görmək heyrətləndirir. Dunay çayının qolu - Qaştayner Ahe çayı 340 metr hündürlükdən tökülərək, əsrarəngiz şəlalə yaradır. Suyun qayalara çırpılması nəticəsində əmələ gələn mənfi yüklü ionlar havaya yayılaraq, tənəffüs yollarına müsbət təsir göstərən mikroiqlim yaradır.

1914-cü ildə çayın yaxınlığında kiçik su elektrik stansiyası inşa edilib. Nəticədə şəlalə gücünü bir qədər itirib. 1996-cı ildə stansiyanın fəaliyyəti dayandırılıb, ərazisində isə tarix muzeyi və kafe açılıb. Burada gözəl saxlanılmış xüsusi avadanlığın əhatəsində, şəlalənin gur şırıltısı altında qəhvə içərək vaxt keçirmək olar. Zip-layn deyilən tarım çəkilmiş burazla sanki kanat yolundaymışsınız kimi şəlalənin axıb töküldüyü dərənin üstündən sürüşmək olar.

İndi Bad Qastaynda payız fəslidir. Ağacların yarpaqları artıq saralıb, ətrafda güllər açıb, amma uzaqdan qarla örtülmüş dağ zirvələri görünür. Yolda rastımıza elə hey qaçış həvəskarları və velosipedçilər çıxırdı. İndi Hoe Tauern Milli Parkında və ətraf bölgələrdə yürüş marşrutlarının, qaçışın və skadinaviyasayağı yerimənin, velosiped gəzintisinin gur çağıdır.

Bələdçimiz, Qastayn Turizm Bürosunun əməkdaşı Martin Elmauerin sözlərinə görə, qış fəsli qədəm qoyanda Bad Qastayn tamamilə dəyişir: hər yer bəmbəyaz qar örtüyünə bürünür. Dəniz səviyyəsindən optimal yüksəkliyi və çox geniş bir ərazinin qarla örtülməsi sayəsində Qastayn noyabrın sonundan aprelin sonunadək ağ libasını çıxarmır. Əlli kanat yolu və lift, habelə uzunluğu ümumən 205 kilometrdən çox olan səliqəli dağ-xizək yolları Qastayn vadisini regionun ən cəlbedici dağ-xizək bölgələrindən birinə çevirir.

Xizək sürməsək də, ilin hər fəslində aktual olan termal prosedurlardan həzz ala bildik. İnsanın bədənini rahatladan termal proseduralar və fəal istirahət proqramlarını birləşdirmək imkanı Qastaynın unikal xüsusiyyətidir. Burada, radonla zəngin 17 mənbənin, Qayalıq termlərin altı termal bölməsinin, yaxud otellərdəki termal bölmələrin əhatəsində formalaşan əlverişli kontrast iqlimdə insanın canı dincəlir. Amma su prosedurları üçün qonşu Bad Hofqastayna yola düşdük.

Alp termal hamamları və qızıl miras

Bad Hofqastayn Qastaynertalın, yəni Qastayn vadisinin bazar icması və tarixi mərkəzi olub, vadinin ən günəşli və geniş yerində yerləşir. Bad Hofqastaynın mərkəzi piyada zonalarının, gözəl mağazaların, otel və restoranların, habelə böyük kurort parkının əhatəsində yerləşir. Dağ yamacları termal bulaqlarla vəhdətdə bu yerlərə xüsusi füsunkarlıq bəxş edir. Bad Hofstaynın mərkəzində yerləşən Alp termal hamamları bu yerlərin ən populyar termal kompleksidir.

Kompleks bir neçə ixtisaslaşmış zonaya ayrılıb. Mələsən, “Relax World” bölməsində hidromassaj, taxtlar, günəşli terras və Qastaynın füsunkar dağlar aləminə açılan istirahət salonu olan qapalı və açıq termal hovuzlar yerləşir. Açıq səma altında isti hovuzda Alp dağlarının qarla örtülmüş zirvələrini seyr edə-edə dincəlmək xüsusi zövq verir.

Ailəvi istirahət bölməsində də bir neçə hovuz, o cümlədən uşaqlar üçün hovuz, hündür su təpəcikləri olan iki hovuz yerləşir. Bu hovuzlar həm uşaqların, həm də böyüklərin sevimli istirahət yeridir. “Ladies World” bölməsi isə sırf qadınlar səltənətidir. Burada ayrıca sauna, buğxana, solyari, damda dincəlmək üçün terras, habelə çay barı və bir neçə prosedur otağı yerləşir.

Alp termal bulaqlarında açıq səma altında daha iki hovuz tikilir. Regionun bu ən iri hovuzlarını gələn il işə salmaq planlaşdırılır.

Alp termlərində qonaqlara sağlamlaşdırıcı prosedurlar, bədənə kosmetik qulluq, reabilitasiya və idmanla bağlı təkliflər də edilir.

Su prosedurlarından sonra acanlar “Gusto World” restoranında ləziz təamların dadına baxa bilərlər, yaxud da termal hamamın damında yerləşən “İce Cube” barında sərinləşdirici içki içmək olar. Restoranda yediyimiz vanil souslu kəsmikli ştrudelin dadı damağımızda qaldı.

Qastayndan danışmışkən, onun dünya şöhrətli müalicəvi mədən dəhlizlərini də xatırlamaq yerinə düşər. Regionda uzun müddət sənaye miqyasında qızıl hasilatı inkişaf edib və bunun xatirəsi olaraq Qastayna mədən dəhlizləri qalıb. Təbii xüsusiyyətlərinə görə onların bəzilərinin müalicəvi xüsusiyyətləri var. Biz belə dəhlizlərdən birində - “Sağlamlaşdırıcı radon terapiyası mərkəzi”ndə olduq.

Radonun, istiliyin və rütubətin ideal vəhdəti bu dəhlizləri revmatizmin müalicəsində səmərəli vasitəyə çevirir. Gün işığından 2 kilometr məsafədə müsbət 37-41,5 dərəcə xoş temperatur, 70-100 faiz arasında yüksək rütubətlilik, radonla zəngin hava hökm sürür. İnsanlar bu yerlərə xüsusi funikulyorla gəlirlər.

Bu mədən dəhlizlərində əsasən dayaq-hərəkət aparatı, tənəffüs yolları və dəri xəstəlikləri müalicə olunur. Mədən dəhlizlərində 2-3 həftə müalicə olunmaq sayəsində uzun müddət ağrılardan can qurtarmaq, dərman preparatlarının asılılığından qurtarmaq olar. Həkimlər bildirirlər ki, burada müalicənin səmərəliliyi 90 faizə çatır. Qastayn mədən dəhlizlərinin unikal iqlimi hüceyrələrin bərpaedici fəaliyyətini fəallaşdırır. İmmunoloji tarazlıq yaranır. Bu terapiya ağrıları yüngülləşdirməklə bərabər, əla sağlamlığı qoruma və immunoprofilaktika vasitəsidir.

Dorfqastaynın bəxşişləri

Qastaynın daha bir yaşayış məskəni Dorfqastayn dağları və fəal istirahəti sevənlər üçün əsl xəzinədir. Vadinin girəcəyində yerləşən Dorfqastayn əzəldən ona xas olan şirin kənd xarakterini qoruyub saxlayıb. Xalq adət-ənənələri ilə zəngin olan bu xudmani diyarda təbii dağ landşaftının gözəlliyinin ağuşunda qısamüddətli, lakin əyləncəli istirahət üçün hər cür rahatlıq yaradılıb.

Uşaqlı ailələr, yaşlı adamlar, habelə idman həvəskarları yayda Dorfqastaynda ətraf dağ zirvələrinə piyada gəzintiləri və yürüşlər, dağda yerləşən ənənəvi komada istirahət, yaxud mauntinbayk və paraplanerizm üçün optimal şəraitlə təmin olunurlar. Qışda isə mükəmməl xizək yolları, böyüklü-kiçikli dağ xizəkçiləri üçün vadinin içinə qədər uzanan qarlı yamaclar və əlbəttə, snoubordçulara yaradılan ideal şərait Dorfqastaynı yüksək dərəcəli dağ-xizək kurortuna çevirir.

Dağ yürüşünün, yaxud dağ-xizək idmanı ilə məşğul olduğun maraqlı bir günün ən gözəl sonluğu isə yenicə təmirdən çıxmış “Solarbad” su kompleksində adamın canına yağ kimi yayılan istirahət ola bilər. Qastaynertalın günəşli hissəsində, Dorfqastayn dağ kanat yolunun aşağı stansiyasının cəmi bir neçə kilometrliyində yerləşən “Solarbad” termal hamamı temperaturu 26-28 dərəcə olan suya baş vurmağı nəzərdə tutur.

Uşaqları ilə birlikdə istirahət edən ailələrə hər cür rahatlığın yaradılması Dorfqastayn üçün böyük əhəmiyyət kəsb edir. Burada kiçik müsafirləri “Solarbad” su təpəcikləri, uşaqlar üçün əyləncəli dağ-xizək parkı və “Gasti” uşaq klubu gözləyir.

Bir sözlə, Qastayn çox xoşumuza gəldi! Burada bizim kimi, bir gün də keçirmək olar, bir həftə də. Adamı darıxmağa qoymayan maraqlı məşğuliyyət çoxdur: ətraf meşələri və təpələri gəzib-dolaşmaq, qızıl mədəni dəhlizlərində müalicəvi buğla nəfəs almaq, yaxud dağ yamaclarından xizəklə sürüşmək. Qastaynda hər kəs öz zövqünə görə istirahət edə bilər!

Emil Eyyubov

AZƏRTAC-ın xüsusi müxbiri

Fotolar Vitali Nəzərəliyevindir

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq