Avtomobillərin 10 faizə qədərinin yaşı 40 ili ötüb
Bakı, 13 yanvar, AZƏRTAC
Hazırda Azərbaycanda olan 85 min maşının yaşı 5 ilə qədər, 80 faizdən çox avtomobilin yaşı isə 10 ildən çoxdur. Avtomobillərin 7-8 faizinin yaşı isə 40 ili ötüb. Bu isə ətraf mühitə, xüsusilə iri şəhərlərdə, hərəkətin intensiv olduğu yaşayış məntəqələrində atmosfer havasının keyfiyyətinə mənfi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Nazirin müşaviri yeni avtomobillərin alınmasının məqsədəuyğun olduğunu deyərək bu ildən başlayaraq hibrid və elektriklə işləyən avtomobillərin gömrük rüsumundan azad edilməsinin ekoloji təmiz avtomobillərdən istifadəni artıracağına ümidvar olduğunu bildirib.
O, ötən il Azərbaycana 400-dən çox elektromobilin idxal olunduğunu da diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]