AZƏRBAYCAN ATLETİ OLUXAN MUSAYEV PEKİN PARALİMPİYA OYUNLARINDA KOMANDAMIZA İKİNCİ QIZIL MEDALI QAZANDIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, senytabrın 15-də Pekin Yay Paralimpiya oyunlarında Azərbaycan atleti Oluxan Musayev komandamıza ikinci qızıl medalı qazandırmışdır.
Azərbaycan atleti yadro itələmə yarışlarında ikinci cəhddə 13 metr 49 santımetr nəticə göstərərək bütün rəqiblərini arxada qoymuş və fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Atletimiz bu qələbəni 17 idmançı arasında qazanmışdır. Polşalı idmançı 2-ci, Çexiya təmsilçisi isə 3-cü yerləri tutmuşlar.
Bununla da Pekin Paralimpiya oyunlarında idmançılarımızın əldə etdiyi medalların sayı 9-a çatmışdır. Hazırda komandamızın hesabında 2 qızıl, 3 gümüş və 4 bürünc medal vardır.
Sentyabrın 16-da finala vəsiqə qazanmış digər atletimiz - Vüqar Mehdiyev birincilik uğrunda mübarizəyə qatılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]