Azərbaycan boksçusu dünya birinciliyinin finalına yüksəlib
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan milli üzvü yarımfinalda Osman Çadqurla (Mərakeş) qarşılaşıb.
Görüş Nəzərovun 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb. O, finalda özbəkistanlı Safyiddin Sabirovla döyüşəcək.
Qadın boksçu Aynur Mikayılova (57 kiloqram) isə dünya birinciliyini bürünc medalla başa vurub. O, yarımfinalda Pinar Benekə (Türkiyə) 1:4 hesabı ilə məğlub olub. Mikayılova bununla da gənc qız boksçular arasında ilk medal qazanan azərbaycanlı kimi tarixə düşüb.
Qeyd edək ki, Azərbaycanın daha 3 boksçusu dünya birinciliyində yarımfinal görüşünə çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:05]
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]