AZƏRBAYCAN HƏQİQƏTLƏRİ ONTARİO PARLAMENTİNDƏ
AZƏRTAC xəbər verir ki, Kanada Azərbaycan Təskilatları Federasiyasının sədri Əkbər Məcidov 20 Yanvar faciəsinin 17-ci ildönümü ilə əlaqədar təşkilatın hazırladığı tədbirlər planı çərçivəsində Ontario Əyalət Məclisinin deputatı David Zimmerlə görüşmüşdür.
Ə.Məcidov Azərbaycan haqqında məlumat vermiş, ölkəmizlə bağlı həqiqətləri əks etdirən materialları, federasiyanın 20 Yanvar, Xocalı və 31 Mart soyqırımları ilə bağlı nəşr etdirdiyi açıqçaları deputata təqdim etmişdir. O, bu məsələlərin Ontario Məclisində müzakirəyə çıxarılmasına, eləcə də 28 May tarixinin Toronto şəhərində Azərbaycan günü elan edilməsinə köməklik göstərməyi xahiş etmişdir.
Ə.Məcidov bu məsələlərlə bağlı Kanadanın baş nazirinə, dövlət, hökumət və parlament üzvlərinə də müraciətlər göndərildiyini diqqətə çatdırmışdır.
D.Zimmer məsələ ilə yaxından maraqlanacağını, lazımi köməkliyi göstərəcəyini, federasiya ilə əməkdaşlığını bundan sonra da davam etdirəcəyini bildirmişdir.
Görüşdə Kanadadakı Azərbaycan və türk diaspor təkilatlarının birgə fəaliyyəti, bu ölkənin dövlət, hökumət və parlament üzvləri ilə əməkdaşlıq məsələləri də müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]
Azərbaycan diasporunun fəal simalarından biri – Fərqanə Bayramlı
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]