Azərbaycan millisi yoldaşlıq oyununda qələbə qazanıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Monteneqronun paytaxtı Podqoritsada təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, U-18 yığması Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 5-ci dəqiqədə Emin Feyzullayev və 56-cı dəqiqədə Rəşad Alışov vurublar.
Qeyd edək ki, komandalar arasında oktyabrın 29-da keçirilmiş ilk oyunda Monteneqro yığması 2:0 hesablı qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:05]
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]