Azərbaycan rəqs kollektivi Ufa şəhərində keçiriləcək festivalda çıxış edəcək
Bakı, 1 iyul, AZƏRTAC
İyulun 3-dən 10-dək Ufa şəhərində VI Ümumdünya Folklor festivalı (folkloriada, CIOFF®) keçiriləcək. Bu müddətdə Başkortostan Respublikasının paytaxtı dünyanın 39 ölkəsindən 1500 iştirakçını qəbul edəcək.
AZƏRTAC folkloriadanın mətbuat xidmətinə istinadla xəbər verir ki, dörd ildə bir dəfə keçirilən bu tədbir “Eurovision” mahnı müsabiqəsindən sonra dünyada ikinci genişmiqyaslı musiqi tədbiridir.
Festivalın proqramında yaradıcı kollektivlərin çıxışları, beynəlxalq sərgilər, qeyri-maddi mədəni irsin qorunub saxlanması məsələlərinə dair beynəlxalq konfrans, CIOFF® Gənclər Komitəsinin interaktiv aksiyaları və iştirakçıların paradı nəzərdə tutulur.
Bu beynəlxalq festival çərçivəsində Başkortostanda maraqlı bir dünya rekordu qeydə alınacaq: iyulun 4-də Ufada dünya xalqlarının ən böyük dostluq yallısı ifa ediləcək. Festivalda Azərbaycanı “Ritm” rəqs kollektivi təmsil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi
- 15.10.2026 [12:41]
QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir
- 15.10.2026 [12:20]