AZƏRBAYCAN RƏQSLƏRİ HYUSTONLULARI HEYRAN QOYMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan rəqsləri ABŞ-ın Hyuston şəhərində keçirilən 18-ci Beynəlxalq Türk Festivalının 4 mindən çox tamaşaçısını heyran qoymuşdur. ABŞ-dakı Azərbaycan diaspor təşkilatlarından biri olan “Hyuston Azərbaycanlıları Cəmiyyəti”nin rəqs qrupu festivalda “Çiçəklər”, “Üzüm”, “Naz-nazı” və “Arzu” milli rəqslərimizi ifa etmişdir. Rəqs qrupunun çıxışı alqışlarla qarşılanmışdır.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, “Hyuston Azərbaycanlıları Cəmiyyəti” 2004-cü ildə yaradılmışdır. Rəhbəri həmyerlimiz Natalya Kassenyevadır. O özü də qrupun tərkibində rəqs etmişdir. Qrup 2009-cu ilin Novruz bayramı tədbirləri üçün yeni rəqs nömrələri üzərində işləyir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]