Azərbaycan təmsilçiləri “Tank biatlonu-2018” müsabiqəsinin yarımfinalına çıxıblar
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan tankçıları “Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində keçirilən “Tank biatlonu-2018” müsabiqəsinin yarımfinalına yüksəliblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Tank biatlonu-2018” müsabiqəsinin yarımfinal mərhələsinin püşkü atılıb. Püşkatmanın nəticələrinə görə, Azərbaycan tankçıları yarımfinalda Çin, İran və Qırğızıstan tankçıları ilə yarışacaqlar.