Azərbaycan Turizm İnstitutunun əməkdaşı Yaponiyada beynəlxalq treninq proqramında iştirak etmişdir
Bakı, 4 dekabr (AZƏRTAC). Yaponiyanın paytaxtı Tokio şəhərində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən GUAM ölkələrinin turizm mütəxəssisləri üçün “Turizmin inkişafı və marketinq” mövzusunda treninq keçirilmişdir.
Azərbaycan Turizm İnstitutundan (ATİ) AZƏRTAC-a bildirmişlər ki, treninqdə ölkəmizi “İmproteks” şirkəti, Xarici İşlər və Mədəniyyət və Turizm nazirlikləri, həmçinin Azərbaycan Turizm İnstitutunun əməkdaşları təmsil etmişlər.
ATİ-nin marketinq və ictimaiyyətlə əlaqələr üzrə rektor köməkçisi Anar Süleymanov səfər çərçivəsində Yaponiya Səyahət Agentlikləri Assosiasiyası, Xarici Tur Operatorlar Assosiasiyası, Tokay Universiteti, digər dövlət və özəl sektor nümayəndələri ilə görüşmüşdür. O, turizm tədris olunan ali məktəblər arasında tələbə-müəllim mübadiləsi, hər iki ölkənin turizm sahəsində qarşılıqlı təcrübə və birgə ikili diplom məsələlərinin müzakirəsində iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]