Azərbaycan Turizm İnstitutunun rektoru Bəhreyndə beynəlxalq konfransda iştirak etmişdir
Bakı, 3 may (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov Bəhreyn Krallığının Manama şəhərində təşkil olunmuş “Turizmdə yeni mədəni üfüqlərin araşdırılması” mövzusunda Beynəlxalq konfransda iştirak etmişdir.
Dünya Turizm Təşkilatının təşəbbüsü ilə keçirilən konfransın əsas məqsədi mədəni turizm sahəsində yeni istiqamətlərin araşdırılması, mədəni irsin qorunması, yerli əhalinin turizm məhsullarının hazırlanması prosesinə cəlb edilməsi, davamlı turizm vasitəsilə yeni sosial-iqtisadi imkanların yaradılması və bu barədə məlumatlandırma işinin təşkilindən ibarət olmuşdur.
Azərbaycan Turizm İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq tədbirdə Dünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai, Bəhreyn Krallığının mədəniyyət naziri Şeyxa Mai bint Mohammed Al-xalifa, UNESCO-nun Dünya Mədəni İrs Mərkəzinin nümayəndəsi Peter Debrin, Misirin turizm naziri Hişam Zazou, həmçinin Fransa, İrlandiya, ABŞ, Hindistan, İspaniya və digər ölkələrin bir çox aparıcı mütəxəssis və ekspertləri müxtəlif istiqamətli məruzələrlə çıxış etmişlər.
Məruzəçilər mədəni turizm sahəsində yeni istiqamətlər, özəl və dövlət sektorunun bu sahədə əməkdaşlığı, milli özünəməxsusluğun qorunması məqsədilə maarifləndirmə işinin təşkili, mədəni irsin qorunması məqsədilə kadrların hazırlanması və mütəmadi təlimlərin təşkili, səmərəsiz idarəetmənin yarada biləcəyi fəsadlar kimi mövzulara toxunmuşlar.
Çıxışlarda Dünya Turizm Təşkilatının yoxsulluğun aradan qaldırılması üçün Davamlı Turizm Fondunun fəaliyyəti, Dünya Heykəllər Fondunun davamlı turizm təşəbbüsü çərçivəsində dəstəklənən tarixi yerlərin və abidələrin qorunması, həmçinin turizm idarəçiliyinə dair layihələr və onların əhəmiyyəti barədə də ətraflı məlumat verilmişdir.
Tədbirin sonunda Manama Bəyannaməsi qəbul edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]