Azərbaycan və Yaponiya arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Bakı, 27 noyabr (AZƏRTAC). Azərbaycanda səfərdə olan Yaponiya Xarici İşlər Nazirliyinin Mərkəzi və Şərqi Avropa bölməsinin müdiri Kunixiko Kavazunun başçılıq etdiyi nümayəndə heyəti ilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri arasında görüş keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə GUAM-Yaponiya əməkdaşlığı formatında turizm sahəsində aparılan işlər, turizmlə əlaqəli sahələr üzrə keçirilmiş seminarlar və bu ilin ortalarında yaponiyalı jurnalistlər və turizm nəşriyyatçıları üçün təşkil olunmuş infoturun nəticələri ətrafında fikir mübadiləsi aparılmışdır.
Nazirliyin turizm şöbəsi müdirinin müavini Rauf Paşayev təmsil etdiyi qurumun Azərbaycan turizm sənayesinin Yaponiya bazarında daha da fəal iştirakında maraqlı olduğunu qeyd etmişdir. O, bu istiqamətdə Yaponiya telekanallarında Azərbaycanın turizm potensialının yayımlanması, yapon dilində turist bələdçi kitablarının nəşri və yeni infoturun təşkil olunmasına dair planlarını qonaqların diqqətinə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]