Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi Ulyanovskda ehtiramla yad edilmişdir
Moskva, 15 may (AZƏRTAC). Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynov başda olmaqla regional bölmənin üzvləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ad günü münasibətilə onun abidəsi önünə tərçiçəklər qoymuşlar.
İslam Hüseynov həmvətənlərimiz qarşısında çıxışında Sovet İttifaqının siyasi sistemində Heydər Əliyev şəxsiyyətinin əhəmiyyətini vurğulamış, onun həyatının həmin dövrünə aid əlamətdar hadisələr barədə söhbət açmışdır.
İ.Hüseynov demişdir: “Heydər Əliyev dünyasını dəyişəndən sonra da onun ruhu xalqımızı birləşdirir. Bu gün dünyanın hər yerində milyonlarla soydaşımız bu böyük insanın xatirəsinə ehtiramını bildirir. Heydər Əliyev Azərbaycanın müasir tarixinə çox qiymətli töhfələr vermişdir. Ona görə də biz - ÜAK-ın regional bölməsinin üzvləri Heydər Əliyevin xatirəsini daim əziz tutmağı, onun zəngin siyasi və mənəvi irsini böyüməkdə olan nəslə çatdırmağı və beləliklə, Rusiya ilə Azərbaycan arasında münasibətləri möhkəmləndirməyi qarşımıza məqsəd qoymuşuq”.
Tədbir iştirakçıları İslam Hüseynovun çıxışını alqışlarla qarşılamış, sonra abidənin önünə tər çiçəklər qoymuşlar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]