Azərbaycanda vizanın elektron formada verilməsi ölkəyə turist axınını artıracaqdır
Bakı, 5 aprel (AZƏRTAC). Azərbaycana gələn xarici vətəndaşlara vizanın elektron qaydada verilməsi ölkəyə turist axınını artıracaqdır.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində demişdir.
Onun sözlərinə görə, xarici vətəndaşlara vizaların elektron formada verilməsinə artıq başlanılmışdır. Biz 30-a yaxın turizm şirkəti ilə danışıqlar aparmışıq. Artıq həmin şirkətlərin əməkdaşları müvafiq treninqlərdən keçmiş və lisenziyalaşdırılmışdır. Sözügedən turizm şirkətləri xarici vətəndaşlara elektron qaydada vizanı verə biləcək və ümid edirəm ki, bu, ölkəyə gələn xarici vətəndaşların sayına müsbət təsir göstərəcəkdir.
Ə.Qarayev əlavə etmişdir ki, Azərbaycana gələn əcnəbi vətəndaşlara elektron viza 20 ABŞ dollarına təklif olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]