Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın CAREC-ə sədrliyi ilə “Enerji İnvestisiya Forumu” təşkil olunub

Azərbaycanın CAREC-ə sədrliyi ilə “Enerji İnvestisiya Forumu” təşkil olunub

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycanın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramına sədrliyi ilə videokonfrans formatında V “Enerji İnvestisiya Forumu” keçirilib. Tədbirdə 11 üzv ölkə, Proqrama dəstək verən və tərəfdaş qismində çıxış edən beynəlxalq təşkilatlar təmsil olunub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, forumun açılış mərasimində çıxış edən energetika naziri Pərviz Şahbazov CAREC Proqramını iyirmi ildir böyük bir coğrafi ərazidə müxtəlif sahələr üzrə qarşılıqlı-faydalı əlaqələri təmin və təşviq edərək regionun inkişafına töhfə verən əməkdaşlıq formatı kimi qiymətləndirib. 2021-ci ildə CAREC-ə sədrliyin ölkəmiz üçün tarixi bir dövrdə gerçəkləşdiyini vurğulayan nazir bildirib ki, Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun bərpası və reinteqrasiyası ilə bərabər təhlükəsiz və genişmiqyaslı əməkdaşlıq məkanının yaradılması istiqamətində kommunikasiyaların açılmasını, yeni nəqliyyat dəhlizinin yaradılmasını əhatə edən proseslər həyata keçirir. Həmçinin azad edilmiş əraziləri “yaşıl enerji “zonasına çevirəcəyini ali səviyyədə elan edib. Ölkəmizin regional əməkdaşlığın dərinləşdirilməsi və qlobal iqlim dəyişikliyi probleminin həllinə dəstəyini əks etdirən bu cür konstruktiv mövqeyi regionun gələcək enerji arxitekturası üçün də güclü əsasdır.

Energetika naziri enerji ilə bağlı qlobal tendensiyalardan bəhs edərkən hazırkı enerji böhranın təsirlərinə də diqqət yetirib. Bildirilib ki, karbohidrogenlərsiz gələcəyə doğru sərt və tələsik siyasi ritorikaları, enerji resurslarına münasibətdə tarazlı yanaşma, enerji təhlükəsizliyi ilə ekoloji təhlükəsizlik arasında balanslaşmanı təmin edən real, düşünülmüş addımlar əvəz etməlidir. Yalnız bir enerji resursundan asılı enerji təchizatının dayanıqlığı qeyri-realdır. Biz bərpa olunan enerji, hidrogen ilə bağlı iddialı plan və hədəflərimizi reallaşdırarkən “xalis sıfır” emissiyaya aparan digər yollardan - innovativ texnologiyaların imkanlarından, xüsusilə enerji səmərəliliyindən faydalanmalıyıq.

Energetika naziri enerji səmərəliliyinin karbon emissiyalarını azaltmaq üçün ən sürətli və rentabelli həlləri özündə birləşdirdiyini, enerji ehtiyaclarını ödəmək üçün ən təmiz və əksər hallarda ən ucuz yolu təmsil etdiyini vurğulayıb: “Ən yaxşı enerji qənaət edilmiş enerjidir. Enerji səmərəliliyində irəliləyişlər ekoloji, iqtisadi və sosial faydalarla nəticələnir ki, bu da hər bir ölkənin bu prosesə cəlbi üçün əsas faktorlardır. Bu il qəbul olunan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun ölkəmizdə səmərəliliyin energetika sektoru daxil olmaqla iqtisadiyyatın müxtəlif istiqamətlərinə və ev təsərrüfatlarına müsbət təsirinə yol açacaq. Qarşıdakı illərdə enerji təchizatı və enerji istehlakı sahələrində enerjiyə yüksək səviyyədə qənaət edilməsi, ötürücü və paylayıcı sistemlərdə itkilərin isə müvafiq olaraq 2 faiz və 8 faizədək azaldılması əsas hədəflərimizdəndir. Biz gələcəyimizi “təmiz ətraf mühit”ə malik “yaşıl artım” ölkəsinə çevrilməkdə görürük”.

Qeyd edilib ki, enerji səmərəliliyi ilə bağlı prosesin sürəti siyasi dəstəklə bərabər maliyyələşmə ilə bağlıdır. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilə qədər “xalis sıfır emissiya”ya nail olmaq üçün dünyada enerji səmərəliliyinə ümumi illik investisiya 2030-cu ilə qədər üç dəfə artırılmalıdır.

Asiya İnkişaf Bankının vitse-prezidenti Shixin Chen isə bildirib ki, 2021-ci ildə Azərbaycanın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) sədrliyi digər məsələlərlə yanaşı, regionda enerji səmərəliliyi üzrə ilk regional maarifləndirmə kampaniyasına uğurla start verib: “Azərbaycanın rəhbərliyi ilə CAREC enerji cəmiyyəti də yaşıl enerji üzrə CAREC Yaşıl Enerji İttifaqının konsepsiyasının işlənib hazırlanmasına başlayıb. Bu İttifaq tezliklə investisiyalara hazır olan yaşıl layihələri müvafiq maliyyəçilərlə əlaqələndirmək üçün platforma yaradacaq”.

Onun sözlərinə görə, enerji səmərəliliyindəki qlobal tərəqqi son on il ərzində zəifləyərək, dünyada təxminən 1 faizə qədər olub. Növbəti 10 il ərzində CAREC regionunda təkcə enerji infrastrukturuna təxminən 400 milyard dollar sərmayə qoyulmalıdır.

Asiya İnkişaf Bankının baş direktoru Suzanne Gaboury isə Enerji İnvestisiya Forumunun CAREC regionuna özəl investisiyaların cəlbini sürətləndirəcəyinə inamını ifadə edib: “Enerji səmərəliliyinin digər təmiz texnologiyaların tətbiqindən açıq şəkildə geri qaldığını müşahidə edirik. Enerji səmərəliliyinə cari qlobal investisiyalar ildə təxminən 240 milyard dollar təşkil edir və bərpa olunan enerji sahəsinə qoyulan investisiyalardan xeyli geri qalır. Enerji səmərəliliyi yalnız energetika sektorunu əhatə etmir, enerji səmərəliliyinin demək olar ki, iqtisadiyyatın bütün sahələri ilə əlaqəsi var, o cümlədən nəqliyyat, binalar və sənaye də bu sahələrə aiddir. Ona görə də bu prosesdə sərmayələr vacibdir”.

Forumda enerji səmərəliliyinə nail olmaq üçün mümkün vasitələr, elektroenergetikada enerji səmərəliliyinin rolu, maliyyə mexanizmləri, enerji səmərəliliyi baxımından yeni texnologiyaların tətbiqinə dair məruzələr edilib. Startaplar nümayiş olunub. Qeyd edilib ki, bu onillikdə regionda etibarlı, dayanıqlı və səmərəli enerji bazarının formalaşdırılması ilə enerji səmərəliliyi səviyyəsinin iki dəfə artırılması CAREC Proqramının 2030-cu ilədək enerji strategiyasında əsas hədəflərdəndir. Bu hədəfə səyləri gücləndirmək və Asiya İnkişaf Bankı ilə yanaşı digər maliyyə qurumlarının dəstəkləri ilə nail oluna bilər.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramında 2003-cü ildən iştirak edir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib

Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib

Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir

Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb

Solist: Laçında ifa etdiyimiz hər mahnı Böyük Qayıdışın, dönüş sevincinin ifadəsidir

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq

Azərbaycan yığmasının voleybolçusu: Lüzumsuz səhvlər komandaya mənfi təsir edir

“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb

Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb

Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir

Bu saata olan əsas xəbərlər

Avropada qazın qiyməti 5 faizədək azalıb

Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib VİDEO

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib VİDEO

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir