AZƏRBAYCANIN MOSKVADAKI SƏFİRLİYİNDƏ HƏMVƏTƏNLƏRİMİZƏ PASPORTLAR VERİLMƏYƏ BAŞLANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 20-də Azərbaycanın Moskvadakı səfirliyində Rusiyada yaşayan həmvətənlərimizə pasportlar verilməsinə başlanmışdır.
Azərbaycan DİN-in Rusiyadakı səlahiyyətli nümayəndəsi, sənədlərin toplanması və pasportların verilməsi üzrə işin rəhbəri Vaqif Şərifov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, artıq 10 adam pasport almışdır. Pasport alınması üçün sənədlərin toplanmasına fevralın 16-da başlanmışdır və Azərbaycan DİN-in əməkdaşları səfirliyin konsul şöbəsində çalışaraq, bu məsələ ilə bilavasitə məşğul olurlar. Müəyyən edilmiş qaydalara əsasən, vətəndaşların sənədləri Azərbaycan DİN-in Viza və qeydiyyat şöbəsinə göndərilir və orada hazırlanaraq Moskvaya qaytarılır.
V.Şərifovun sözlərinə görə, hər gün 40-50 adam sənəd verir. Pasportlarının müddəti bitmiş vətəndaşlarımız indi Rusiya ərazisini tərk etmədən təzə pasport ala bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]