“AZƏRBAYCANIN SƏSİ” UKRAYNADA YENİDƏN EŞİDİLİR
Məzmunu və poliqrafik nəfisliyi ilə əvvəlkilərdən fərqlənən və Prezident İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti ilə açılan bu nömrədə həmvətənlərimiz Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevin, UAK-ın sədri Akif Gülməmmədovun müraciətləri ilə, habelə müstəqil respublikamızın siyasi və iqtisadi inkişafı barədə məlumatlarla tanış olacaqlar.
Qəzetin materiallarının əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, 20 Yanvar faciəsinə həsr edilmişdir.
Oxucular görkəmli şərqşünas alim, Lvov Milli Universitetinin professoru həmvətənimiz Məhəmməd Sadıqbəy Ağabəyzadənin həyatı və elmi fəaliyyəti barədə də məlumat alacaqlar. Alimin 140 illik yubileyi münasibətilə Lvovda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Qəzet Azərbaycanın Kiyevdəki səfirliyinin konsulluq şöbəsinin iş rejimi barədə məlumat, hüquq məsləhətləri, milli mətbəximizin xörəklərinin reseptləri də dərc olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]