Azərbaycanın turoperatorları Acarıstan Muxtar Respublikasında olmuşlar
Tbilisi, 10 aprel (AZƏRTAC). Gürcüstanın Acarıstan Muxtar Respublikasının Turizm və Kurortlar Departamentindən verilən məlumata görə, Azərbaycan Respublikasının turoperatorları muxtar respublikanın paytaxtı Batumidə olmuş və Qara dəniz sahili mehmanxanalarını, görməli yerləri gəzmişlər.
Məlumatda qonaqların gürcü həmkarları ilə görüşüb gələcək fəaliyyət planlarını müzakirə etdikləri də qeyd olunmuşdur.
Departamentdən, həmçinin bildirmişlər ki, azərbaycanlılarla yanaşı, belaruslu turoperatorlar da Acarıstanın istirahət obyektləri ilə maraqlanmışlar.
Hər iki ölkə muxtar respublikanın turist bazarı üçün mühüm əhəmiyyət kəsb edir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]