AZƏRBAYCANLI GƏNCLƏR KLUBU FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Londonda fəaliyyət göstərən Azərbaycanlı Gənclər Klubu qısa vaxt ərzində bir sıra uğurlu tədbirlər keçirmişdir. Britaniyada yaşayan və təhsil alan azərbaycanlı gəncləri bir araya toplamağı, geniş şəbəkə qurmaqla Azərbaycanı Avropada layiqincə təmsil etməyi, milli bayram və adət-ənənələrimizi tanıtmağı, müxtəlif icmalarla münasibətlərin qurulmasını və genişləndirilməsini qarşısına məqsəd qoyan təşkilat, Böyük Britaniyada ilk Azərbaycan məktəbi olan “Caspian-Khazri”nin açılması, “Araz” Azərbaycan qəzetinin nəşr olunması, London Türk Radiosunda “Salam gətirmişəm” adlı proqramın yayımlanması üçün mühüm işlər görmüşdür.
Azərbaycanlı Gənclər Klubu faliyyətini daha da gücləndirmək üçün Klubun İdarə Heyətini yaratmışdır. Simuzər Baloğlanova (Caspian-Khazri Azərbaycan məktəbinin direktoru), Əmir Əliyev (Britaniyada azərbaycanlı iş adamı) və Vüsal Həmzəyev (“Araz” qəzetinin baş redaktoru) İdarə Heyətinin üzvləri seçilmişlər. İdarə Heyəti Klub üzvlərinin sayını artırmaq və təşkilatın əhatə dairəsini genişləndirmək üçün tədbirlər planı hazırlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]