Azərbaycanlı və macarıstanlı gənclər Xocalı soyqırımı qurbanlarının xatirəsini anmışlar
Budapeşt, 28 fevral (AZƏRTAC). Budapeştdə fəaliyyət göstərən Azərbaycan-Macarıstan Gənclər Təşkilatının üzvləri ermənilərin xalqımıza qarşı törətdikləri dəhşətli cinayətin - Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar paytaxtın Qəhrəmanlar meydanında aksiya keçirmişlər.
Aksiyada “Xocalıya ədalət!” şüarı səsləndirilmiş, şəhər sakinlərinə və meydanda olan turistlərə soyqırımı ilə bağlı şəkillər və broşürlər paylanmış, faciə qurbanlarının xatirəsini anmaq məqsədi ilə şamlar yandırılmışdır.
Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində gənclər təşkilatının üzvləri, sosial şəbəkələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında geniş məlumat blokları yerləşdirmişlər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt