Bahar ətirli FOTOREPORTAJ
Xaçmaz, 30 mart, Elxan Yusifli, AZƏRTAC
Yazın gəlişi ilə təbiət oyanır, çiçəklər açır, ağaclar yaşıl don geyinir. Bahar öz gözəlliyindən ətrafa yaydıqca ağacların budaqlarındakı tumurcuqlar əsrarəngiz gözəlliyə malik çiçəklərə çevrilir. Bənövşə, çobanyastığı kimi yaz çiçəkləri təbiəti daha da gözəlləşdirir.
AZƏRTAC-ın bölgə müxbiri Xaçmaz rayonunda çəkdiyi bahar ətirli fotoları təqdim edir.