Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Dövlət Universitetində səkkiz yeni ixtisas açılıb

Bakı Dövlət Universitetində səkkiz yeni ixtisas açılıb

Bakı, 29 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) tədrisin yenilənməsi və müasir standartlar əsasında qurulması, dövrün tələblərinə uyğun kadrlar hazırlanması istiqamətində aparılan fəaliyyətin tərkib hissəsi olaraq, 2020/2021-ci tədris ili üçün bakalavr və magistratura səviyyələri üzrə yeni ixtisas və ixtisaslaşmalar açılıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, bunlar bakalavr pilləsində biotexnologiya, su bioehtiyatları və akvakultura, turizm işinin təşkili, geomatika və geodeziya mühəndisliyi, yerquruluşu və daşınmaz əmlakın kadastrı, kitabxanaçılıq və informasiya fəaliyyəti, beynəlxalq ticarət və logistika ixtisasları, magistratura pilləsində ölkəşünaslıq (Rusiya üzrə) ixtisaslaşmasıdır. Yeni ixtisaslar həm də əmək bazarında tələbatın ödənilməsi zərurətindən yaradılıb.

Biotexnologiya ixtisası - biologiya və texnika sahələrinin kəsişməsində yerləşən elm sahəsidir, tibb, əczaçılıq və gen mühəndisliyini əhatə edir. Biotexnoloq, biotexnologiya alimləri - gen mühəndisliyi və texnoloji problemləri həll etmək üçün orqanizmlərdən istifadə üsulları ilə məşğuldurlar. Onların maraq dairələrinə süni seçim, klonlama, bioloji aktiv maddələrin və dərmanların yaradılması, çirkab sularının təmizlənməsi və istixana effektinin azalması daxildir. Bu ixtisas üzrə kosmetik və farmakoloji şirkətlərdə, özəl və dövlət tədqiqat laboratoriyalarında, təhsil müəssisələrində, qida, ekologiya, əczaçılıq, ətriyyat, baytarlıq, emal sənayelərində işləmək mümkündür.

Su bioehtiyatları və akvakultura ixtisası üzrə bakalavr təhsili alan tələbələr orqanizmin müxtəlifliyi və onların təbii birləşmələri, biosferin və ekosistemlərin struktur və funksional təşkili, bioloji müxtəlifliyin növləri sahələrində əsas bacarıqlara yiyələnirlər. Həmçinin balıqların sistematikası, daxili və xarici quruluşu, qidalanması, yemləndirilməsi, çoxaldılma üsulları kimi biliklər əldə edirlər. Bu ixtisas suda yaşayan hidrobiontlar - balıqlar, xərçəngkimilər və onların qidalandıqları plankton, nekton və bentos orqanizmlərinin yayılmasını, biologiyasını və ekologiyasını öyrənən sahədir. Bu istiqamətdə Azərbaycanda və digər ölkələrdə olan su hövzələrinin xüsusiyyətlərini, onlarda yaşayan canlı orqanizmlər qrupunu da öyrənmək mümkündür. Adıçəkilən ixtisas üzrə məzun olan tələbələr müxtəlif araşdırma mərkəzlərində, elmi-tədqiqat institutlarında, ixtisas üzrə təhsil müəssisələrində, balıqların çoxaldılması ilə məşğul olan qurumlarda işləyə bilərlər.

Turizm işinin təşkili ixtisası turizm iqtisadiyyatını araşdırır, turizm firmalarının, otellərin fəaliyyətini öyrənir. İxtisasın əsas məqsədi turizm sənayesi üçün müştəri xidmətləri, satış və idarəetmə mövzularında müasir dövrün tələblərinə uyğun nəzəri və təcrübi biliklərə malik, həmçinin özündə qlobal turizm sənayesində baş verən dəyişiklikləri düzgün təhliletmə və uyğunlaşma bacarıqlarını cəmləşdirən kadrların hazırlanmasıdır. Turizm işinin təşkili ixtisasının məzunları turizm siyasətini həyata keçirən orqanlarda, ölkəmizdə və xaricdə fəaliyyət göstərən mehmanxana şəbəkələrində, turizm şirkətlərində, beynəlxalq turizm təşkilatlarında və s. çalışa bilərlər.

Geomatika və geodeziya mühəndisliyi ixtisası özündə iki mühəndisliyi birləşdirir. Geodeziya mühəndisliyi yerin formasını, relyefini, ölçülərini, seysmotektonik və texnogen hərəkətləri, onun üzərində tikilən bir çox mühəndis qurğularını, sənaye və mülki obyektlərin deformasiyalarının müşahidə metodlarını işləyir, onların proqnozlaşdırılması məsələlərini həll edir. Geomatika mühəndisliyi isə yerin distansiyadan tədqiqini həyata keçirir. Yerin topoqrafiya və tematik xəritələrini hazırlayır, obyektlərin koordinatlarını təyin edir. Bu ixtisas sahibləri torpaq və xəritəçəkmə fəaliyyətində, torpaqların istifadəyə və icarəyə verilməsinə aid, mühafizəsinə aid qurumlarda işləyə bilərlər.

Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisası torpaqlardan səmərəli istifadə, yararlı torpaqların artırılması, onların keyfiyyətcə yaxşılaşdırılması, torpaq üzərində tikilən bütün daşınmaz əmlakın texniki və hüquqi göstəricilərini öyrədir. Daşınmaz əmlak növlərinin qeydiyyatdan keçirilməsi də bura aiddir. Bu ixtisas sahibləri yerquruluşu və daşınmaz əmlakın kadastrını həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarında işləyə bilərlər.

Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasında təhsil alan tələbələr kitabxana-informasiya resurslarının qurulması və istifadəsi ilə bağlı xidmətlər göstərilməsi üzrə ixtisaslaşırlar. Müvafiq sahənin mütəxəssisləri respublikanın bütün kitabxana-informasiya müəssisələrində, elmi-texniki, xüsusi, kütləvi informasiya-resurs mərkəzlərində, kitabxanalarda çalışa bilərlər.

Beynəlxalq ticarət və logistika ixtisasına yiyələnən mütəxəssis beynəlxalq bazarları, ticarəti, xüsusilə beynəlxalq yükdaşımanı öyrənir, biliklərini biznesin müxtəlif sahələrində (beynəlxalq əlaqələr, logistika departamentlərində) tətbiq etmək bacarığına sahib olur. Bu sahədə ixtisaslaşmış kadr məhsulların uğurlu marketinqi üçün xarici bazarı araşdıra, rəqiblərin qiymətlərini təhlil edə bilir. Logist funksiyasını yerinə yetirərək malların daşınmasını təşkil edir, məhsulların hansı nəqliyyat və hansı marşrutla çatdırılmasına qərar verir. Beynəlxalq ticarət və logistika ixtisası üzrə şirkətlərdə, beynəlxalq təşkilatlarda və s. işləmək mümkündür.

Magistratura səviyyəsinin ölkəşünaslıq (Rusiya üzrə) ixtisaslaşmasını seçəcək bakalavrlar Rusiyanın ictimai-siyasi və sosial həyatının incəliklərini öyrənirlər. Həmçinin onlar Rusiyanın etnoqrafiyası, siyasi sistemi, sosial təhlükəsizliyi, tarixi, dini, mədəniyyəti barədə ətraflı bilgilər əldə edirlər. Bu ixtisaslaşma üzrə magistr dərəcəsi alan şəxslər universitetlərdə, dövlət qurumlarının beynəlxalq əlaqələr şöbələrində, diaspor təşkilatları ilə fəaliyyətlərdə mütəxəssis kimi, turizm agentliklərində, diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatlarda çalışa bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər