Bakı payız səyahətləri üçün beş ən populyar şəhər siyahısına daxil olub
Bakı, 7 sentyabr, AZƏRTAC
“RoomGuru.ru” turizm xidməti payız səyahətləri üçün məşhur istiqamətləri açıqlayıb. Reytinq cədvəli sentyabrın 1-dən oktyabrın 31-dək qabaqcadan mehmanxana və mənzillər kirayələmə axtarışına dair məlumatlara əsasən tərtib edilib.
AZƏRTAC “RoomGuru.ru” saytına istinadla xəbər verir ki, rusiyalı turistlər arasında payız səyahətləri üçün ən populyar şəhərlər sırasına Praqa, İstanbul, Minsk, Bakı, Roma, Barselona, Berlin, Varşava, Tallinn və Paris daxildir. Azərbaycanın paytaxtına orta hesabla üç günlük payız səfərləri üstünlük təşkil edir.
Payız səfərləri üçün büdcəyə uyğunluq baxımından ən sərfəli xarici şəhərlər Minsk və Varşavadır.
Mövsümdə on ən populyar xarici kurort gəzintisi ölkəsi siyahısına isə Yunanıstan, Kipr, Türkiyə, İspaniya, İtaliya, Çexiya, Tailand, Bolqarıstan, Monteneqro və Xorvatiya daxildir. Büdcəyə uyğunluq baxımından ən sərfəli ölkə Bolqarıstan, ən bahalı ölkə İtaliyadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]