Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKIDA DÜNYA AZƏRBAYCANLILARINI ƏLAQƏLƏNDİRMƏ ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, dekabrın 18-də Bakıda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə “Azərbaycan - Şərqin dünyaya açılan qapısı” mövzusunda iclası keçirilmişdir.

Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası idarə heyətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti MAHMUD KƏRİMOV iclası açaraq demişdir ki, 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilmiş Dünya azərbaycanlılarının II qurultayı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin əsasını qoymuşdur. Qurultaydan sonra xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesi daha böyük vüsət almış, ictimai-siyasi həyatda iştirak səviyyəsi yüksəlmiş, azərbaycanlı ziyalılar diaspor quruculuğu prosesinə daha fəal qoşulmağa başlamış, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, dünya azərbaycanlılarının birlik və həmrəyliyinin möhkəmlənməsi, mədəni irsimizin təbliği, digər xalqların diasporları ilə əlaqələrin inkişafı, türk dünyasının birliyi istiqamətində fəaliyyətin intensivləşməsi baxımından mühüm nailiyyətlər əldə olunmuşdur.

İdarə heyətinin sədri demişdir ki, qurultaydan keçən dövr ərzində görülmüş işlərlə bağlı müzakirələr aparmaq, habelə qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədi ilə 2008-ci ilin dekabrın 18-də Bakıda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının iclasının keçirilməsi qərara alınmışdır.

İclasda Şuranın 27 ölkədə yaşayan üzvləri, habelə dünyanın 17 ölkəsindən Şura üzvü olmayan nüfuzlu Azərbaycan icmaları və birliklərinin rəhbərləri, türk və yəhudi icmalarının təmsilçiləri, Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının rəhbərləri, tanınmış elm və incəsənət xadimləri iştirak edirlər.

Aparılmış qeydiyyatın nəticələrinə görə, toplantıda 202 nəfər iştirak edir və yetərsay vardır.

Şuranın iclası açıq elan edilmiş və Azərbaycanın Dövlət himni səsləndirilmişdir.

Azərbaycanda milli dövlətçilik ənənələrinin yaranmasında, xalqımızın milli birliyi və həmrəyliyinin təmin olunmasında əvəzsiz xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Sonra ulu öndərin azərbaycançılıq ideyasının həyata keçirilməsi və dünya azərbaycanlılarının həmrəyliyi sahəsindəki fəaliyyətinə həsr olunmuş “Ayrılarmı könül candan” adlı sənədli film göstərilmişdir.

Daha sonra Diaspor İlə İş üzrə Dövlət Komitəsinin və tədbirin Təşkilat Komitəsinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası İdarə heyətinin üzvü NAZİM İBRAHİMOV Dünya Azərbaycanlılarının II qurultayından keçən dövr ərzində görülmüş işlərlə bağlı hesabat məruzəsi ilə çıxış etmişdir. 

Komitə sədri demişdir ki, II qurultayın nəticələri Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanması üçün ideoloji baza rolunu oynamışdır. Azərbaycan Prezidentinin qurultaydakı tövsiyələri dünyanın siyasi reallıqlarını nəzərə alaraq, diaspor quruculuğu işini müasir tələblər səviyyəsində qurmaq, icmalar arasında əlaqələri daha da genişləndirmək, onların tarixi Vətənə bağlılığını artırmaq üçün müvafiq tədbirlər görmək, Azərbaycan dövləti ilə xaricdə yaşayan azərbaycanlılar arasında mənəvi-psixoloji, siyasi-ideoloji bağlılığı daha da möhkəmləndirmək istiqamətində konseptual qərarlar vermək zərurətini meydana çıxarmışdır.

Qurultayın sənədlərində öz əksini tapmış təklif və tövsiyələrə uyğun olaraq, 2006-cı ildə keçirilmiş Dünya azərbaycanlı ziyalıları forumu müxtəlif ölkələrdə yaşayan azərbaycanlı mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinə bağlılığını, onların daim dövlətin diqqət mərkəzində olduğunu nümayiş etdirmiş, eyni zamanda, azərbaycanlı ziyalıların Azərbaycan Prezidenti ətrafında sıx birləşməsinin təsdiqi olmuşdur. Bununla yanaşı, Azərbaycan diasporunun fəaliyyətində yeni ənənələrin əsası qoyulmuş, ayrı-ayrı icmalarda əvvəllər mövcud olmuş fikir ayrılıqlarının aradan qaldırılması üçün zəmin formalaşmağa başlamışdır. Soydaşlarımızın təşkilatlanması prosesi daha böyük vüsət almış, yeni icmalar və birliklər təsis edilmiş, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür.

2007-ci il martın 9-da Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu bütün türkdilli xalqların həyatında mühüm hadisə olmuşdur. Forumda aparılan müzakirələrin nəticəsi olaraq “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”, “Bakı Bəyannaməsi” və bir sıra digər mühüm sənədlər qəbul edilmişdir.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2007-ci ilin noyabrında Bakıda Türk Dövlət və Cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirilmişdir. Qurultayda türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, türk dünyasının mədəni irsinin təbliği, türk gəncliyinin qarşısında duran vəzifələr, müasir qloballaşma proseslərinin xalqlarımızın həyatına təsiri ilə bağlı məsələlər müzakirə edilmişdir.

2008-ci il martın 27-də Almaniyanın Berlin şəhərində Azərbaycan və Türk Diaspor Təşkilatlarını Əlaqələndirmə Şurasının illik iclası keçirilmişdir. İclasda Şuranın həmsədrləri seçilmiş, Azərbaycan və türk diasporları arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr barədə müzakirələr aparılmışdır.

N.İbrahimov bildirmişdir ki, Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə çalışır, siyasi partiya və təşkilatlarla əlaqələr qururlar. Dünyanın müxtəlif ölkələrində yaşayan tanınmış siyasət adamları, ictimai xadimlər, ziyalılarla əlaqələrin inkişaf etdirilməsi, Azərbaycana dost münasibət bəsləyən insanlarla əməkdaşlığın genişləndirilməsi, güclü Azərbaycan lobbisinin formalaşdırılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir.

İnsan hüquq və azadlıqlarının qorunması sahəsində ötən dövrün əsas hadisələrindən biri Rusiya Federasiyası hökuməti tərəfindən miqrantların ticarət sahəsində çalışmasına məhdudiyyətlər nəzərdə tutan qərarı ilə əlaqədar görülmüş tədbirlər olmuşdur. Azərbaycan Prezidentinin “Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında” 2006-cı il 22 noyabr tarixli Sərəncamına uyğun olaraq, bu qərarın soydaşlarımıza təsir imkanlarını azaltmaq məqsədi ilə ciddi iş aparılmışdır.

Rusiya Federasiyasının Dağıstan Respublikasında, eləcə də Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyətini öyrənmək üçün bir sıra dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirilmiş, soydaşlarımızın problemlərinin həllinə xüsusi diqqət yetirilmiş, bir sıra vacib tədbirlər görülmüşdür.

N.İbrahimov daha sonra demişdir ki, ötən dövrün ən mühüm hadisələrindən biri Azərbaycan Prezidentinin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diaspor ilə İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur. Müasir dövrdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilir. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini zərurətə çevirmişdir. Diaspor ilə İş üzrə Dövlət Komitəsinin yaradılması məhz bu zərurətdən irəli gəlmişdir.

Sadalanan bu faktlar Azərbaycan diasporunun yeni bir mərhələyə daxil olduğunu söyləməyə əsas verir. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesinin sürətlənməsi, icmaların fəaliyyətini əlaqələndirən yeni qurumların yaranması, digər xalqların diasporları ilə əlaqələrin gücləndirilməsi, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artması, lobbi quruculuğu istiqamətində əldə olunmuş nailiyyətlər qarşıya qoyulmuş məqsədlərə doğru inamla irəliləməyimizin təsdiqidir.

Sonra çıxış edən Azərbaycan Prezidentinin İcra Aparatının İctimai siyasi məsələlər şöbəsinin müdiri ƏLİ HƏSƏNOV əvvəlcə tədbir iştirakçılarının qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir. O demişdir ki, dünya azərbaycanlılarının birliyi, həmrəyliyi ideyası ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanla bağlı mütəmadi olaraq qəlbində yaşatdığı, tədricən reallaşdırdığı prioritet vəzifələrdən biri idi. 1993-cü ildə baş verən ictimai-siyasi proseslər, böhran, respublikamızı dağılma, məhvolma təhlükəsi qarşısında qoymuşdu. O zaman xalqımızın üzünü böyük lider Heydər Əliyevə tutması, onun yenidən Azərbaycanda hakimiyyətə gəlməsi bütün sahələrdə olduğu kimi, diaspor quruculuğu və dünya azərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində də yeni vəzifələrin, yeni istiqamətlərin meydana gəlməsinə və yeni işlərin başlanmasına rəvac vermişdir. 1993-1998-ci illərdə ümummilli liderimiz dünya ölkələrinə səfərləri zamanı həmin ölkələrdə yaşayan soydaşlarımızı toplayıb onlarla görüşlər keçirirdi.

Heydər Əliyev ilk dəfə 1991-ci il dekabrın 16-da, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik edərkən dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmağa nail olmuşdur. Ali Məclisin qərarı ilə hər il dekabrın 31-i dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunmuşdur. 2001-ci ildə isə Prezident Heydər Əliyevin Sərəncamı ilə Təşkilat komitəsi yaradılmış və dünya azərbaycanlılarının ilk, tarixi qurultayı keçirilmişdir. Qurultayda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası yaradılmışdır. Həmin ildə bu sahədə dövlət siyasətini əlaqələndirmək, diaspor ilə əlaqələri dövlət siyasəti səviyyəsinə qaldırmaq və mərkəzləşmiş şəkildə həyata keçirmək üçün Dövlət Komitəsi yaradılmışdır.

Ə.Həsənov demişdir ki, dünya azərbaycanlılarının təşkilatlanması və birliyinin yaranması sahəsində ilkin və başlanğıc dəyər hamımızın bu gün qürurla daşıdığımız, yaşatdığımız azərbaycanlı adıdır, Azərbaycan xalqına mənsubluq hissidir. Bunların hamısını özündə ehtiva edən azərbaycançılıq ideologiyasıdır. Bu ideya yazıçılarımızın, şairlərimizin, ziyalılarımızın əsərlərində müəyyən qədər, mümkün çərçivədə səslənmiş, lakin bitkin ideologiya kimi yalnız müstəqillik dövründə ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Bu ideya xaricdə olan Azərbaycan diaspor təşkilatlarının birliyi olmadan reallaşa bilməzdi. Lakin dünyada yaşayan 40 milyondan artıq azərbaycanlını bu ideologiya ətrafında birləşdirmək o qədər də asan deyildi. 1998-ci ildə qarşıya qoyulan əsas vəzifə diasporu təşkilatlandırmaq idisə, indi Azərbaycanla bağlı qlobal vəzifələrin reallaşdırılması gündəlikdə durur. Xalqın, millətin dəyərlərini fərdlər yaşadır, inkişaf etdirir və bütün dünyada yayır. Biz də fərdlər olaraq Azərbaycan xalqının dəyərlərini bütün dünyada təbliğ etməliyik. Bu sahədə dövlət siyasəti tam formalaşmışdır və qəbul ediləcək xartiya məhz gələcəkdə diaspor təşkilatları qarşısında duran vəzifələrin ümumiləşmiş bir proqramı hesab oluna bilər. Dünya azərbaycanlıları bilirlər ki, onların qarşısında üç əsas vəzifə durur. Birincisi, azərbaycanlılığa məxsus dəyərləri yaşatmaq, təbliğ etmək, yaşadıqları ölkələrdə tanıtmaqdır. İkincisi, Azərbaycan dövləti ilə bağlı beynəlxalq aləmdə qarşıya çıxan problemləri öyrənmək, onların həllinə kömək etməkdir. Üçüncüsü, dövlətin imkanlarından istifadə edərək, soydaşlarımızın yaşadıqları xarici ölkələrdə özlərinin vətəndaş, milli hüquqlarını qoruması və inkişaf etdirməsidir.

Ə.Həsənov bu üç vəzifənin həyata keçirilməsi üçün kifayət qədər imkanların olduğunu vurğulamışdır. O demişdir ki, Azərbaycan dövlətinin problemlərinin, xalqımızın dəyərlərinin öyrənilməsi, həlli və xaricdə təbliği üçün diaspor təşkilatlarımız vardır. Digər tərəfdən, Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, indi Azərbaycan dövləti xaricdə yaşayan azərbaycanlıların maddi, mənəvi istəklərini reallaşdırmağa qadirdir.

Milli Məclis sədrinin müavini, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü BAHAR MURADOVA parlamentin rəhbərliyi adından toplantı iştirakçılarını salamlamış və onlara uğurlar arzulamışdır. O, dünya azərbaycanlılarının birləşməsi istiqamətində ümummilli liderimiz tərəfindən müəyyən olunmuş strategiyanın əhəmiyyətini vurğulamış, bu istiqamətdə Prezident İlham Əliyevin gördüyü konkret işləri xatırlatmışdır. Parlament sədrinin müavini demişdir ki, çox güclü potensiala malik Azərbaycan diasporu ilə dövlətin birgə fəaliyyəti daha böyük nailiyyətlərin əldə olunmasına imkan yaradacaqdır. Bunun üçün Əlaqələndirmə Şurasının toplantıları intensivləşməli, sıralarımız genişlənməlidir.

B.Muradova xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlər keçirdiyini və problemlərini öyrəndiyini söyləyərək vurğulamışdır ki, Şuranın üzvləri hər hansı bir məqsədlə xarici ölkələrə səfərləri zamanı Azərbaycan diaspor təşkilatları və cəmiyyətlərinin rəhbərliyi, üzvləri ilə görüşməyə çalışmalıdırlar.

Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasına toxunan B.Muradova sənədin azərbaycanlılara müraciətlə başlamasını da yüksək qiymətləndirmişdir. O demişdir ki, hər bir azərbaycanlı keçmişi ilə qürur duymalı, bu günü ilə öyünməli, gələcəyə inamla baxmalıdır. Soydaşlarımız yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiya etməli, onun ictimai-siyasi həyatına ciddi təsir imkanlarına malik olmalıdırlar.

Sonra, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, “Dünya Azərbaycanlılarının həmrəylik xartiyası” redaksiya heyətinin üzvü NİZAMİ CƏFƏROV xartiyanın əsas istiqamətləri barədə məlumat vermişdir. O demişdir ki, bu sənədin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyini Azərbaycan dövlətçiliyi və xalqının mənafeyini əks etdirən prinsiplər ətrafında formalaşdıran, diasporumuzun qarşısında duran vəzifələri özündə əks etdirən vahid konsepsiya hazırlamaqdır. Sənəddə Azərbaycan xalqının etnogenezi, milli özünüdərk prosesi, tarixi, özünəməxsus xüsusiyyətləri, milli-mənəvi dəyərləri, müasir inkişaf səviyyəsi, nailiyyətləri, azərbaycanlıların tarixi Vətən qarşısında borcu və bu hissdən irəli gələn vəzifələri, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, hüquq və azadlıqlarının qorunması, digər xalqların diasporları ilə əməkdaşlıq perspektivləri, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı ermənilərin törətdiyi terror və soyqırımı aktları, qondarma “erməni soyqırımı” iddialarının ifşası və digər məsələlərlə bağlı xarici ölkələrdə yaşayan soydaşlarımızın üzərinə düşən vəzifələr əksini tapmışdır.

Daha sonra Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri, Şura sədrinin müavini Tomris Azəri, “Maynts-Azərbaycan” Cəmiyyətinin sədri, Şura sədrinin müavini Başa Kömür, Şura sədrinin müavini Yücel Artantaş, “US AzerisNetwork”un icraçı direktoru Adil Bağırov, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Avropa Azərbaycanlıları Konqresinin sədri Natiq Ağamirov, Benilüks-Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilan Dündör və başqaları çıxış edərək, görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışmış, “Dünya Azərbaycanlılarının həmrəylik xartiyası” ilə bağlı rəy və təkliflərini bildirmişlər. Çıxışlarda Azərbaycan dövlətinin, xüsusən də Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birləşməsi sahəsində gördüyü işlər yüksək qiymətləndirilmiş, sənədin əhəmiyyəti vurğulanmışdır.

İclasın sonunda “Dünya Azərbaycanlılarının həmrəylik xartiyası”nın layihəsi əsas kimi qəbul olunmuş, onun üzərində işin davam etdirilməsi qərara alınmışdır.

Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası İdarə heyətinin hesabatı qənaətbəxş hesab olunmuşdur.

İclas iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur. İdarə heyətinin üzvü, Belarus Azərbaycan icmaları Konqresinin sədri Natiq Bağırov müraciətin mətnini oxumuşdur.

Bununla da iclas başa çatmışdır.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib