ORDU
Bakıda “NATO-da təlimlərin planlaşdırılması prosesi” mövzusunda kurs keçirilir
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2020-ci il üçün “Fərdi tərəfdaşlıq üzrə əməkdaşlıq proqramı”na əsasən, Alyansın Brunsumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda “NATO-da təlimlərin planlaşdırılması prosesi” mövzusunda təlim kursu təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kursda Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçuları iştirak edirlər.
Təlim kursunda NATO-nun ekspertləri tərəfindən Şimali Atlantika Alyansında əməliyyatların planlaşdırılması, layihələndirilməsi, qiymətləndirilməsi prosesi, məlumatların təhlili və digər mövzulara dair təqdimatlar edilir, praktiki qrup tapşırıqları həyata keçirilir.