Bakının enerji operatoru gücləndirilmiş iş rejiminə keçib
Bakı, 7 yanvar, AZƏRTAC
Qeyri-sabit hava şəraiti ilə əlaqədar "Bakıelektrikşəbəkə" ASC gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə AZƏRTAC-a ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
T. Mustafayevin sözlərinə görə gücləndirilmiş iş rejimi növbəli qrafikin tətbiqi hesabına təmin olunub. Abonentlərin elektrik enerjisi ilə fasiləsiz təmin olunması üçün əlavə avadanlıq və materiallar cəlb edilib. Enerji istehlakçılarının fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb.
Abonentlərdən xahiş olunur ki, yarana biləcək hər hansı problemlər haqqında “199 - Qəza Xidməti”nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, yanvarın 7-dən etibarən Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, sulu qar və qar yağacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]