BELARUSDA YAŞAYAN SOYDAŞIMIZ DOKTORLUQ ELMİ DƏRƏCƏSİ ALMIŞDIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Belarusda yaşayan soydaşımız, uşaq onkologiyası sahəsində tanınmış həkim Reyman İsmayılzadə tibb elmləri doktoru elmi dərəcəsi almışdır.
Bu münasibətlə Azərbaycanın Belarusdakı səfirliyi ilə Belarus Azərbaycan İcmaları Konqresinin birgə keçirdiyi tədbirdə soydaşlarımız, o cümlədən yerli ziyalılar Reyman İsmayılzadənin dünya tibb elminə, onkologiya sahəsinə verdiyi töhfələrdən danışmış, onun bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirmişlər.
1978-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş Reyman İsmayılzadə həkimlik fəaliyyətinə Belarusda başlamış, müxtəlif vaxtlarda Almaniyada, Böyük Britaniyada və Moskvada təcrübə keçmişdir. R.İsmayılzadə 11 ildir ki, Belarus Elmi Tədqiqat Uşaq Onkologiya və Hemotologiya Mərkəzi Minsk şəhər bölməsində onkoloji şöbəyə rəhbərlik edir. 160-dan çox elmi məqalənin və bir neçə monoqrafiyanın müəllifi olan soydaşımız Belarus Tibb Akademiyasında uşaq onkologiyasından dərs deyir.
R.İsmayılzadə Dünya Uşaq Onkoloqları Assosiasiyasının və Avropa Hipertermik Onkologiya Assosiasiyasının üzvüdür.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]