Belarusun Azərbaycan İcmaları Konqresi Qrodnoda Milli mədəniyyətlərin respublika festivalında iştirak edəcəkdir
Minsk, 6 may (AZƏRTAC) Belarusun alman-faşist işğalçılarından azad edilməsinin 70 illiyi münasibətilə tədbirlər iyunun 6-dan 8-dək Qrodnoda keçiriləcək və Milli mədəniyyətlərin X respublika festivalının proqramına daxil ediləcəkdir.
Bu barədə Mİnskdə mətbuat konfransında Belarus Mədəniyyət Nazirliyi yanında Respublika Milli Mədəniyyətlər Mərkəzinin direktoru Mixail Rıbakov məlumat vermişdir.
O demişdir: “Hər bir milli icma öz çıxışında Böyük Vətən müharibəsi hadisələrinə ehtiramını bildirməlidir. Bunu nə şəkildə edəcəklərini iştirakçılar özləri həll etməlidirlər”. İcmalar Belarusun azad edilməsinin 70 illiyi münasibətilə tədbirləri bütün il ərzində keçirəcək, 2015-ci ildə Böyük Qələbənin yubileyini bir yerdə qeyd edəcəklər.
Tədbirlərdə Belarusun Azərbaycan İcmaları Konqresi də iştirak edəcəkdir.
Xatırladaq ki, Qrodnoda Milli mədəniyyətlərin respublika festivalı iki ildən bir keçirilir. İlk dəfə 1996-cı ildə təşkil olunan festival ənənəvi olaraq yay fəslinin ilk istirahət günləri keçirilir. Builki festivalda 35 milli birlik iştirak edəcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC -ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]