Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar sorğu aparılmışdır
Bakı, 3 iyun (AZƏRTAC). 5 İyun - Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Günü BMT-nin 1972-ci ildə ekologiya ilə bağlı keçirdiyi konfransda Yaponiya və Seneqal dövlətlərinin təklifi ilə təsis olunmuşdur. Bu gün ictimaiyyətin diqqətini təbiətin qorunması məsələlərinə cəlb etmək üçün hər il bütün dünyada qeyd edilir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə iyunun 3-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi Park Bulvar Alış-Veriş Mərkəzi və “Beauttech” gözəllik texnologiyaları ilə birgə ekoloji aksiya keçirmişdir.
Ekoloji maarifləndirmə və təbliğat məqsədi ilə Park Bulvarda “Yaşıl zona” quraşdırılmış və əhali arasında sorğular aparılmışdır. ARDNŞ-in Ekologiya İdarəsinin hazırladığı 6 suala düzgün cavab verənlərə hədiyyələr təqdim edilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]