bp: “Səngəçal” terminalının elektrikləşdirilməsi ilə bağlı investisiya qərarının verilməsi son mərhələdədir
Bakı, 19 may, AZƏRTAC
“Səngəçal” terminalının elektrikləşdirilməsi ilə bağlı yekun investisiya qərarının verilməsi son mərhələdədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri bp şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, “Şəfəq” GES-də hasil olunacaq elektrik enerjisi Cəbrayılda “AzərEnerji”yə satılacaq.
“Əvəzinə Bakıda “virtual enerji ötürmə” vasitəsilə “AzərEnerji” bizə həmin ekvivalentdə enerji verəcək. Bununla da “Səngəçal” terminalının elektrikləşdirilməsi həyata keçiriləcək. Ümumiyyətlə, “Səngəçal” terminalının elektrikləşdirilməsi ilə bağlı yekun investisiya qərarının tərəfdaşlarla birgə verilməsi ilə bağlı prosesin son mərhələsindəyik. Bununla təbii qaza qənaət ediləcək, ən başlıcası atmosferə buraxılacaq emissiyanın miqdarı azaldılacaq”, - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]