BUXARESTDƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ QEYD OLUNMUŞDUR
Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasının, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası rəhbərlərinin və üzvlərinin, Azərbaycan, türk və tatar icmaları nümayəndələrinin, habelə burada təhsil alan azərbaycanlıların iştirak etdikləri tədbirdə səfir Eldar Həsənov Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Qurban bayramı və Yeni il münasibətilə təbrikini oxumuşdur.
Qeyd edilmişdir ki, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi işində ümummilli liderimiz Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev xaricdə, o cümlədən Rumıniyada yaşayan soydaşlarımıza xüsusi diqqət və qayğı göstərir.
Tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasının, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının 2006-cı ildəki fəaliyyətlərinə nəzər salınmış, bu qurumların ölkələrimiz və xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi istiqamətindəki işi yüksək qiymətləndirilmişdir.
Çıxış edənlər Azərbaycan rəhbərliyinin xaricdəki soydaşlarımıza göstərdiyi diqqət və qayğıdam razılıqla danışmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]