Cəbhəboyu zonadakı hərbi hissələrin birində mədəni-kütləvi tədbir keçirilib
Bakı, 6 avqust, AZƏRTAC
Bu il üçün hazırlıq planına əsasən şəxsi heyətin mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə cəbhəboyu zonada yerləşən hərbi hissələrin birində mədəni-kütləvi tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində ön xətt mövqelərdə xidmət keçən və fərqlənən 100 hərbi qulluqçunun Tərtər şəhərində gəzintisi təşkil edilib.
Hərbi qulluqçular şəhərdə Heydər Əliyev Mərkəzini, tarixi abidələri və muzeyləri ziyarət ediblər.