Cüdo üzrə Azərbaycan millisi Macarıstanda təlim-məşq toplanışındadır
Bakı, 4 aprel, AZƏRTAC
Cüdo üzrə Azərbaycan millisi Macarıstana səfər edib.
AZƏRTAC xəbər verir ki, millimizin aparıcı üzvlərindən ibarət komandamız bu ölkənin Tata şəhərində təlim-məşq toplanışındadır.
Baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi ilə keçirilən toplanışda idmançılarımızdan Vüqar Şirinli (66 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Hidayət Heydərov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Tural Səfquliyev (90 kq), Elxan Məmmədov (100 kq), Elmar Qasımov (100 kq) və Uşaqi Kokauri (100 kq-dan yuxarı) iştirak edirlər.
Cüdoçularımızın Macarıstandakı təlim-məşq toplanışına aprelin 8-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:05]
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]