Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin növbədənkənar konfransı keçirilmişdir
Daşkənd, 16 mart (AZƏRTAC). Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) növbədənkənar konfransı keçirilmişdir.
Konfransda Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin (RAMM) rəhbərliyi, diaspor təşkilatlarımızın nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Konfransın təşkilat komitəsinin sədri Xasay Abdullayev bildirmişdir ki, tədbirin məqsədi bu il martın 29-da keçiriləcək RAMM-in hesabat-seçki konfransına nümayəndələr seçmək və qarşıdan gələn Novruz bayramına hazırlıq məsələlərini müzakirə etməkdir. O bildirmişdir ki, idarə heyətinin iclasında konfransa 69 nümayəndə seçilmişdir. Özbəkistanda Azərbaycan diaspor təşkilatları ən çox Daşkənddə fəaliyyət göstərir və nizamnaməyə görə 500 nəfərə bir nümayəndə seçilməlidir.
Sonra RAMM-in sədri Mobil Məmmədov, AMM-in sədri Kamil Kərimov və başqaları gündəliyə çıxarılan məsələlərə münasibətlərini bildirmişlər. Qeyd edilmişdir ki, bir həftə ərzində Daşkənd, Səmərqənd, Buxara, Nəvai, Sırdərya vilayətlərindəki Azərbaycan Mədəniyyət mərkəzlərinin də konfransları keçiriləcək və RAMM-in hesabat-seçki konfransına nümayəndələr seçiləcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]