DAŞKƏNDDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMİN “EKOANTROPAKOSMİZM” MONOQRAFİYASI RUS DİLİNDƏ ÇAP EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənddəki “Fan” nəşriyyatında paytaxtda yaşayan soydaşımız, Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası idarə heyətinin üzvü, diasporumuzun fəallarından biri, pedoqoji elmlər doktoru Almaz Məcidovanın “Ekoantropakosmizm” (Ekoloji təhsil və ekoloji tərbiyə) monoqrafiyası rus dilində çap edilmişdir.
Kitabda yeniyetmələrin yaradıcılıq prosesində ekoloji təhsilin və tərbiyənin əsasları hərtərəfli təhlil edilmiş, bu amillərin inkişaf etdirilməsi yolları araşdırılmışdır.
Almaz Məcidova Daşkənd Dövlət Aviasiya İnstitutunda kafedra müdiri işləyir. Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası idarə heyətinin üzvü kimi böyük ictimai iş də aparır. Dünya azərbaycanlılarının Bakıda keçirilən qurultaylarında iştirak etmişdir.
Alimin valideynləri Türkmənistanda yaşamış, sonra tale onu Özbəkistana gətirmişdir. O, Daşkənd Politexnik İnstitutunu bitirdikdən sonra bir müddət Çkalov adına Aviasiya İstehsal Birliyində konstruktor bürosunda işləmiş, bir sıra rəhbər vəzifələrdə çalışmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]