Daşkənddəki Azərbaycan diaspor təşkilatlarının fəalları ilə görüş keçirilmişdir
Daşkənd, 8 fevral (AZƏRTAC). Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Daşkənddəki Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin (RAMM) rəhbərliyi, idarə heyətinin üzvləri və diaspor təşkilatlarının fəal nümayəndələri ilə görüşmüşdür.
Hüseyn Quliyev səfirlik ilə mərkəz arasında əməkdaşlığın gücləndirilməsi, birgə tədbirlərin keçirilməsi, Azərbaycan haqqında həqiqətlərin Özbəkistan ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər haqqında danışmışdır.
Diplomat Xocalı soyqırımının 22-ci ildönümünün qeyd edilməsi ilə bağlı görüləcək işlərdən də söhbət açmışdır.
Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov qurumun martın 29-da keçiriləcək konfransına, o cümlədən Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı təşkil ediləcək tədbirlərə hazırlığa dair məlumat vermişdir.
Daşkənd şəhər Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Kamil Kərimov, diasporumuzun fəalı Əjdər Əliyev və başqaları RAMM-in fəaliyyətinin gücləndirilməsi istiqamətində görüləcək işlərdən danışmışlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]