Daşkənddəki Özbəkistan Milli parkında Novruz şənliyi keçirilmişdir
Daşkənd, 23 mart (AZƏRTAC). Daşkənddəki Özbəkistan Milli parkında paytaxtdakı milli mədəniyyət mərkəzlərinin nümayəndələrinin iştirakı ilə Novruz şənliyi keçirilmişdir. Daşkənddəki Respublika Azərbaycan Mədəniyyət Mərkəzi (RAMM) də tədbirdə fəal iştirak etmişdir.
Özbəkistandakı Beynəlmiləl Mədəniyyət Mərkəzinin sədri Nəsrəddin Məhəmmədiyev şənliyə toplaşanları salamlamış, ölkədə yaşayan azsaylı xalqlara yaradılan şəraitdən danışmışdır.
Milli parkda Azərbaycan, axıska türkləri, qazax, qızğız, türkmən, tacik, uyğur və digər xalqların nümayəndələri üçün ayrıca guşələr yaradılmışdır.
Azərbaycan guşəsini ölkəmizin bayrağı, milli musiqi alətləri, qədim xalçalarımız, Azərbaycanın və Bakının fotoşəkilləri bəzəyirdi. RAMM üçün ayrılmış guşəyə gələnlər şəkərbura, paxlava, qoğal və digər şirniyyatlarımızın dadına baxmışlar.
“Azəri qızları” uşaq rəqs ansamblı bir-birindən gözəl rəqslərimizi ifa etmişlər.
RAMM-nin sədri Mobil Məmmədov bildirmişdir ki, Özbəkistanda 60 minə yaxın, Daşkənddə təxminən 15 min azərbaycanlı yaşayır. Soydaşlarımız bütün dövlət və milli bayramlarımızı qeyd edir, Azərbaycan həqiqətlərini bu ölkədə yaymağa çalışırlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]