Daşkənddəki Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin Gənclər Təşkilatı Novruz şənliyi keçirmişdir
Daşkənd, 25 mart (AZƏRTAC). Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin (RAMM) Gənclər Təşkilatı (GT) Novruz şənliyi keçirmişdir. Tədbirdə Azərbaycanın özbəkistandakı səfirliyinin əməkdaşları, GT-nin fəalları, Daşkəndin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev şənliyə toplaşanları təbrik etmiş, Novruz bayramının tarixi haqqında məlumat vermiş, bu bayramın bolluq və bərəkət rəmzi olduğunu bildirmişdir. Diplomat bu bayramın bütün türkdilli xalqlar üçün əziz olduğunu diqqətə çatdırmışdır.
RAMM-in sədri Mobil Məmmədov xalqımızın adət-ənənələrindən, Novruz bayramının tarixindən danışmışdır.
Tədbir iştirakçıları şəkərbura, paxlava, qoğal və digər Novruz şirniyyatlarının dadına baxmışlar.
Azərbaycandan xüsusi olaraq Daşkənddə keçirilən Novruz şənliklərinə dəvət olunmuş xanəndə Elnarə Abdullayeva, həmçinin Vaqif Abdullayev və Aşıq Əli muğam, xalq və bəstəkar mahnılarını, qədim el havalarını ifa etmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]