Dekabr ayında bir sıra mehmanxanalara və mehmanxana tipli obyektlərə lisenziya verilmişdir
Bakı, 14 yanvar (AZƏRTAC). Azərbaycan Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar”a və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq nazirlik tərəfindən ötən ilin dekabr ayında bir sıra mehmanxanalara və mehmanxana tipli obyektlərə lisenziya verilmişdir:
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, ötən ay fiziki şəxs Fətəliyev Emil Vəzirxan oğlu İsmayıllı rayonunun Xanagah kəndi ərazisində yerləşən “Qız qalası” istirahət mərkəzinin, “Kaspian Palas” MMC Bakı şəhəri, C.Cabbarlı küçəsi, 44 ünvanında yerləşən “Caspian Palace” mehmanxanasının, “Atlant” MMC Xaçmaz rayonunun Seyidlikəndyeri kəndi ərazisində yerləşən “Atlant” istirahət mərkəzinin, “Everton” firması Bakı şəhərinin Novxanı qəsəbəsində yerləşən “AF Hotel-Aquapark”, “Tour-İnvest” MMC Şəki şəhəri, Rəsulzadə prospekti, 187 ünvanında yerləşən “ŞƏKİ-SARAY”, “VAFİ Turizm” MMC İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən “Çıraq Otel”, “İrşad” İslam Araşdırmalar Mərkəzi Bakı şəhəri, Vaqif prospekti, 11A ünvanında yerləşən “İrşad Hotel”, “FELS Baku Limited” müəssisəsi Bakı şəhəri, Azadlıq prospekti, 153 ünvanında yerləşən “City Mansion”, “Smart Travel” MMC Bakı şəhəri, Z.Tağıyev küçəsi, 17 ünvanında yerləşən “Balion” və “Şah” MMC Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən “Şah” mehmanxanalarının fəaliyyəti üçün lisenziyaya sahib olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]