Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır

Deputat: Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycanın, türk dünyasının mədəniyyət paytaxtı Şuşada xüsusi sessiyanın keçirilməsi ilə başa çatan “Bakı Enerji Həftəsi” özündə üç ayrı layihəni ehtiva etdi - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əvvəllər “Xəzər Neft və Qaz” konfransı adı ilə tanınan “Bakı Enerji Forumu”nu. Pandemiya səbəbindən ikiillik fasilədən sonra yenidən başlanan sayca 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, ümumilikdə “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən müzakirələr enerji təhlükəsizliyi və enerji ehtiyatlarının şaxələndirilməsi kimi mühüm məsələlərlə bağlı dialoqu daha da gücləndirəcək. Dövlətimizin başçısı İlham Əliyevin sərgidəki çıxışı Azərbaycanın enerji sektorunda qazandığı uğurların və gələcək hədəflərin təqdimatı kimi dəyərləndirildi. Ölkəmizin müstəqilliyini yenidən bərpa etməsindən, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ənənəvi keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgiləri enerji sektorunda malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynadı. 1994-cü ildə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasından öncə belə bir sərginin təşkilinin əhəmiyyəti aydındır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüzə və gələcəyimizə hesablanmış addımlar sırasındandır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

O qeyd edib ki, Azərbaycan xalqının ən böyük arzularından biri öz təbii sərvətlərinin sahibi olmaq, onlardan səmərəli istifadə nəticəsində ölkəmizin daha da qüdrətlənməsinə, dünya birliyində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsinə nail olmaq idi. Dövlətimizin başçısı İlham Əliyev “Bakı Enerji Həftəsi” çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bu fikri böyük əminliklə qeyd edib ki, biz artıq özümüzü etibarlı ölkə olaraq təsdiq etmişik. Azərbaycan öz öhdəliklərinə hörmət edir. 1994-cü ildə hasilatın pay bölgüsünə dair xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir sözün belə dəyişdirilməməsi ölkəmizin mövqeyinin təzahürüdür. Təbii ki, əməkdaşlıq əlaqələrinin qurulmasında etibarlılıq vacib amillərdən biridir. Məhz bu inam və etibar növbəti sazişlərin imzalanmasında da əhəmiyyətli rol oynayıb.

Azərbaycanın təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkə olduğunu vurğulayan M.Həsənov deyib: “Böyük potensial və təcrübə mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib. Ulu öndər Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirirdi ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirdikdə regional çərçivədə yaranan əməkdaşlığın sonrakı dövrdə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldığını görürük. İki dost, qardaş ölkələrin - Azərbaycan və Türkiyənin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri iştirakçı, eyni zamanda, dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafını şərtləndirdi. Bu gün artıq çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin, onun əsas seqmentləri olan TANAP və TAP-ın perspektivlərindən bəhs edirik. Azərbaycan və Türkiyə prezidentlərinin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına təbrik məktubunda da bu fikir xüsusi yer aldı ki, iki qardaş ölkə arasında enerji sahəsində mükəmməl səviyyədə davam edən əməkdaşlıq ölkələrimiz və bölgəmiz üçün strateji xarakter daşıyır”.

“Əsrin müqaviləsi”nin davamı olaraq “Yeni əsrin müqaviləsi”nin imzalanmasından, Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanmasından da bəhs edən deputat bildirib: “Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi siyasi çəkisinin artmasında da mühüm rol oynadı. Dünyaya səs salan tarixi Zəfərimizdə bu amillərin rolu inkaredilməzdir. Azərbaycan dünya birliyinin fəal üzvü, qalib ölkə olaraq sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Təşəbbüsləri reallığa çevirən ölkə kimi nüfuz qazanan Azərbaycan uğurlu sonluqla başa çatdırdığı, iştirakçısı olduğu layihələrlə dövlətlər, xalqlar arasında dostluq, əməkdaşlıq körpüsünü daha da möhkəmləndirir”.

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bərpaolunan enerji növlərinin inkişafı istiqamətində də mühüm addımlar atıldığını xüsusi vurğulayan deputat Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji bölgəsi” elan edilməsini bunun bariz nümunəsi kimi qeyd edib. O deyib: “Azərbaycanın, türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilən “Xalis sıfra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiya azad Qarabağımızın bu sahədə malik olduğu imkanların təqdimatında öz sözünü deyəcək. Göründüyü kimi, “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən sərgilər və forum enerji sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji məhsulları görmək, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, perspektiv müqavilələr imzalamaq üçün geniş imkanlar yaratdı. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar davamlılığı ilə diqqətdədir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Solist: Laçında ifa etdiyimiz hər mahnı Böyük Qayıdışın, dönüş sevincinin ifadəsidir

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq

Azərbaycan yığmasının voleybolçusu: Lüzumsuz səhvlər komandaya mənfi təsir edir

“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb

Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb

Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir

Bu saata olan əsas xəbərlər

Avropada qazın qiyməti 5 faizədək azalıb

Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır