DİASPORUMUZUN TARİXİ KÖKLƏRİ YÜZ İL ÖNCƏ ATILMIŞDIR
Bakıda Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunun keçirilməsi təşəbbüsü türk dünyasının dahi şəxsiyyətləri - Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamlarının əyani təsdiqidir. “Çağ Öyrətim İşlətmələri” baş idarə rəisi Adem Önal AZƏRTAC-ın müxbiri ilə söhbətində belə demişdir.
O vurğulamışdır ki, diasporumuzun tarixi kökləri yüz il öncə atılmışdır. Türk dünyasının gənc lideri İlham Əliyev də “Bir millətin iki diasporu ola bilməz” deməklə bu tarixi yeniləşdirmiş və ulu öndərlərimizin arzularını həyata keçirmişdir. Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunun təşkili bizim arzularımızın reallaşmasıdır. Bu gün Azərbaycan və türk diaspor təşkilatları iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində birgə layihələr gerçəkləşdirirlər və artıq müsbət nəticələr əldə olunmuşdur. Bu addımlar siyasi sahədə də atılmalıdır. Zənnimcə, forumun köməyi ilə biz qarşıya qoyduğumuz məqsədə çatacaq, birliyimizi daha da möhkəmləndirəcəyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]