Dmanisi rayon mərkəzində milli azlıqların nümayəndələri üçün təhsil mərkəzi açılmışdır
Dmanisi, 15 aprel (AZƏRTAC). Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin dağlıq Dmanisi rayon mərkəzində milli azlıqların nümayəndələrinin dövlət dili - gürcü dilini öyrənmələri üçün təhsil mərkəzi fəaliyyətə başlamışdır.
Gürcüstan Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, bu, Zurab Jvania adına Dövlət İnzibatçılıq Məktəbinin milli azlıqların məskunlaşdıqları bölgələrdə yeni təhsil mərkəzlərinin açılması layihəsi çərçivəsində həyata keçirilmişdir.
Təhsil mərkəzində müxtəlif vəzifələrdə çalışan milli azlıqların nümayəndələri üç ay ərzində dövlət dilinin öyrənilməsi üzrə kurs keçəcəklər.
Dmanisi təhsil mərkəzinin açılış mərasimində Gürcüstan təhsil və elm nazirinin müavini Georgi Şarvaşidze və rayon rəhbərliyinin nümayəndələri iştirak etmişlər. Qeyd olunmuşdur ki, təhsil mərkəzində rayonun yerli özünüidarəetmə və mərkəzi strukturların yerli təşkilatlarında fəaliyyət göstərən 70-dək azərbaycanlı gürcü dilinin üç aylıq bazis kursunu keçəcəkdir. Kursu başa vuranlara sertifikat veriləcək və onlar Kutaisi şəhərində Zurab Jvania adına Dövlət İnzibatçılıq Məktəbində dövlət idarəçiliyinin tam kursunu keçmək imkanı qazanacaqlar.
Nazirlikdən, həmçinin onu da bildirmişlər ki, eyni təhsil mərkəzləri Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli, Qardabani, Bolnisi, Zalqa rayonlarında və Kaxeti bölgəsinin azərbaycanlılar yaşayan Qaraçöp mahalında da fəaliyyətə başlamışdır.
Bu ilin sonunadək ölkədə milli azlıqlardan olan 2 minədək məmurun Zurab Jvania adına məktəbdə dövlət dilinin öyrənilməsi kurslarına cəlb olunacağı qeyd edilmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Dmanisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2025 [12:13]
Livanda Azərbaycan Evi açılıb
- 06.05.2025 [17:53]
Kanadada “Azərbaycan İrs Günü” adlı tədbir təşkil olunub
- 02.05.2025 [15:49]
Helsinkidə Azərbaycan Evinin uğurları və diaspor fəaliyyəti müzakirə olunub
- 29.04.2025 [10:52]
Diaspor Gənclərinin VI Yay Düşərgəsi Xankəndidə keçiriləcək
- 29.04.2025 [08:33]