Dolu Kürdəmir rayonuna ciddi ziyan vurmuşdur
Kürdəmir, 26 may (AZƏRTAC). Mayın 25-də axşamüstü, saat 19 radələrində Kürdəmirin əksər ərazisinə güclü leysan yağışları ilə yanaşı dolu da düşmüşdür.
Təxminən 20 dəqiqəyədək davam edən dolu əkin sahələrinə və tikililərə xeyli ziyan vurmuşdur. Rayon fövqəladə hallar komissiyasının məlumatına görə, təbii fəlakət leysan yağışlar zamanı su basmış 1200 hektardan çox taxıl sahəsinin təqribən 80 faizini, 2200 hektar bostan-tərəvəz sahəsinin 75-80 faizini, 14 min hektardan artıq ot sahəsinin 70-75 faizini tamamilə məhv etmiş, meyvə və üzüm bağlarına ciddi ziyan vurmuşdur. Cəyli, Qarasaqqal, Topalhəsənli, Karrar, Şilyan, Atakişili, Xırdapay və digər kəndlərdə fərdi təsərrüfatlara ciddi ziyan dəymiş, yüzlərlə evin və digər tikililərin dam örtükləri zədələnmişdir. Hazırda rayonda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]