Dövlət Arxivinin Gəncə filialında Nizami Gəncəvinin 880 illiyi münasibətilə tədbir keçirilib
Bakı, 1 iyul, AZƏRTAC
Milli Arxiv İdarəsində və İdarənin tabeliyində fəaliyyət göstərən təşkilatlarda dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, növbəti tədbir Dövlət Arxivinin Gəncə filialında təşkil olunub. Filialın təşkilatçılığı ilə reallaşan tədbir Nizami məqbərəsinin ziyarəti ilə başlayıb.
Tədbirdə dahi şair və mütəfəkkirin qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb-yaratmasından, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirməsindən söhbət açılıb.
Şairin geniş şöhrət tapmış “Xəmsə”sinin dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayandığı vurğulanıb və şairin özündən sonra böyük bir ədəbi məktəbin bünövrəsini qoyduğu qeyd edilib.
Dövlət Arxivinin Gəncə filialında mühafizə edilən sənədlər barədə filialın direktoru Eleonora Süleymanova tədbir iştirakçılarına məlumat verib.
Sonda Nizami Gəncəvinin qəzəllərindən parçalar ifa edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi
- 15.10.2026 [12:41]
QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir
- 15.10.2026 [12:20]