DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ YAPONİYADA QEYD EDİLMİŞDİR
Sonra cəmiyyətin sədri Rəhmən Şahhüseynli çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün əhəmiyyəti, türk soylu xalqların tarixi coğrafiyası, onlar arasındakı qırılmaz bağlar, Azərbaycanın həyata keçirdiyi regional layihələr, ölkəmizin iqtisadi inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və acı nəticələri barədə ətraflı məlumat vermişdir.
Osaka əyaləti müəllimlərin həmkarlar ittifaqı komitəsinin sədri Suiçi Aoki Yaponiya-Azərbaycan dostluğinin tarixindən danışmış, münasibətlərimizin inkişafının vacibliyini vurğulamış, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün bütün mümkün vasitələrdən istifadə edəcəyini bildirmişdir.
Cənubi Azərbaycandan olan soydaşımız Bəhnam Cahidzadə, Yaponiya-Türkiyə Dostluq Cəmiyyətinin həmsədri Fatih Yıldırım və başqaları çıxış edərək Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və müqəddəs Qurban bayramı münasibətilə təbrik etmişlər.
Sonra qonaqlar Azərbaycan milli xörəkləri ilə bəzədilmiş süfrəyə dəvət olunmuşlar.