Düşənbədə “Almatı prosesi” texniki ekspert qrupunun iclası başa çatıb
Düşənbə, 12 dekabr, AZƏRTAC
Düşənbədə “Almatı prosesi” texniki ekspert qrupunun iclası başa çatıb.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya üzrə Agentliyi, Qaçqınların işləri üzrə BMT-nin Ali Komissarlığı və Qaçqınların işləri üzrə BMT Agentliyi Almatı prosesinə təşkilati, maddi-texniki və ekspert dəstəyi göstərir.
Tədbirdə Tacikistandan başqa Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və digər ölkələrin nümayəndələri, Birləşmiş Millətlər Təşkilatının ekspertləri iştirak ediblər.
Azərbaycan, Tacikistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistan “Almatı prosesi”nin üzvləridir. İran və Pakistan “Almatı prosesi”nə müşahidəçi kimi qatılır.
Tədbirdə Azərbaycanı Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq əməkdaşlıq idarəsinin baş inspektoru Əfsanə Səttarovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
İclasda dünyada və MDB məkanında miqrasiya axını ilə bağlı məsələlər müzakirə olunub.
Azərbaycan nümayəndələri miqrasiya siyasətinin həyata keçirilməsi istiqamətində ölkəmizdə görülən işlər haqqında məlumat veriblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]