Elm və Təhsil Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 20 yanvar, AZƏRTAC
Yanvarın 20-də Elm və Təhsil Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə qərənfillər düzülüb.