Erkan Özoral: Heydər Əliyev türk dünyasının ən böyük liderlərindəndir VİDEO
Bakı, 12 dekabr, AZƏRTAC
Heydər Əliyev türk dünyasının ən böyük liderlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir qeyd edib ki, Heydər Əliyev Azərbaycanın böyük lideri olmaqla yanaşı, bu ölkənin qurucusudur.
Heydər Əliyev Azərbaycan Sovet İttifaqının tərkibində olduğu vaxtlardan ölkəsinin gələcəyini qurmağa başlamışdı. O, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da ən çətin günlərdə ölkəsinə sahib çıxaraq bugünkü səviyyəyə gətirən bir liderdir.