Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əsrə bərabər gün

Əsrə bərabər gün

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan xalqının milli sərvətinə çevrilən Azərbaycan Silahlı Qüvvələrinin 103-cü ildönümü xalqımız tərəfindən tamam başqa bir ovqatla qeyd edildi. Əlbəttə, bu ovqatı yaradan başlıca amil ötən il sentyabr ayının 27-də başlayan və cəmi 44 gün müddətində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə bitən Vətən müharibəsinin nəticələridir. Bu nəticələr təkcə son 30 ildə işğal olunmuş ərazilərimizin azad edilməsi, bu illərdə məcburi köçkünə çevrilən bir milyondan artıq insanımızın doğma kənd və şəhərlərinə qayıtması ilə bitmir. Son 28 ildə Azərbaycan Respublikasının apardığı ardıcıl və mükəmməl dövlət siyasəti nəticəsində qurulan, formalaşaraq regionumuzun ən güclü ordusuna çevrilən Azərbaycan Silahlı Qüvvələri müharibənin sürdüyü 44 gün müddətində keçirdiyi müxtəlif əməliyyatları ilə dünya hərb tarixinə yeni səhifələr yazdı.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın “Əsrə bərabər gün” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

O səhifələrin ən möhtəşəmi təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın incisi sayılan, əsası ilk Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatı oldu. Heyrətamiz igidlik, hərbi bacarıq və Vətənə sevgi hisslərinin göstəricisi olan bu əməliyyatda əsgərlərimiz sıldırım qayaları aşaraq Şuşaya daxil oldu və düşmən qüvvələri ilə əlbəyaxa döyüşlərə girdilər. Xatırladaq ki, həmin vaxtlar Türkiyənin məşhur “Haber Qlobal” televiziyasında Şuşanın azad olunması əməliyyatını şərh edən ekspertlərdən biri hərbçilərimizi Alp dağlarını aşaraq gözlənilməz istiqamətdən Şimali İtaliya ərazisinə girən Karfaqen sərkərdəsi Hannibalın döyüşçüləri ilə müqayisə edirdi. Həmin televiziyada Şuşa əməliyyatından sonra Ermənistanın kapitulyasiya aktını imzalamasını da ekspertlər qarşı tərəfin Azərbaycan hərbçisinin gücünün etirafı kimi qiymətləndirdilər.

Bunlar ona görə xüsusi ovqat yaratdı ki, xalqımız Birinci Qarabağ müharibəsinin ağır nəticələrindən sonra parlaq və birmənalı qələbənin duyğularını yaşadı. Həmin illərin mənzərəsini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdəki nitqində bu cür xatırladırdı: “Əlbəttə ki, Birinci Qarabağ müharibəsi bizim üçün böyük və milli faciə idi. Eyni zamanda, bu, böyük humanitar fəlakətə gətirib çıxardı. Çünki o vaxt Azərbaycan əhalisinin sayı səkkiz milyon idi, onlardan bir milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olmuşdur. Bizim iqtisadiyyatımız demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında söhbət belə getmirdi. Bu böyük humanitar fəlakət ölkəmizi uçurum kənarına qoymuşdu”.

Bu, Azərbaycan xalqının unutmadığı, unuda bilməyəcəyi bir gerçəkliyin xatırlatması idi. Ölkədə yaranmış qeyri-sabit ictimai-siyasi vəziyyətdən istifadə edən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı yeni-yeni ərazi iddiaları irəli sürür, yeni işğal zonaları yaradırdı. Ermənistan dövləti səviyyəsində Xocalı, Ağdaban, Qaradağlı və digər ərazilərimizdə azərbaycanlılara qarşı misli görülməyən cinayətlərin hazırlanaraq həyata keçirilməsi isə insanlarımızda xof, vahimə yaratmaq, ölkənin müdafiə qabiliyyətini yox etmək strategiyasına xidmət edirdi. İyun ayının 26-da “Gülüstan” sarayındakı nitqində Prezident İlham Əliyev həmin vaxtlarda xalqımızın qəbul etdiyi qərarı bu cür ifadə etdi: “Azərbaycan xalqı o ağır günlərdə müdriklik göstərərək Heydər Əliyevə üz tutdu, onu hakimiyyətə dəvət etdi. O, hakimiyyətə gələndən sonra Azərbaycanda işlər müsbət istiqamətdə getməyə başladı. O cümlədən ordu quruculuğu sahəsində böyük islahatlar aparıldı. Nizami ordu quruculuğu məhz o illərdə başladı”.

Ulu Öndərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldiyi həmin vaxtlar ölkə vətəndaş müharibəsi və yenicə bərpa edilmiş dövlət müstəqilliyinin itirilməsi ərəfəsində idi. Dövlətimiz üçün belə bir ağır məqamda fəaliyyətə başlayan Ümummilli Lider, ilk növbədə, ordu quruculuğunu prioritet istiqamət olaraq seçdi. 1993-cü ilin payızında xalqa telemüraciətində Azərbaycan gəncliyini Vətənin müdafiəsi üçün səfərbər olmağa səsləyən Heydər Əliyevin rəhbərliyi ilə Beyləqan istiqamətində əks-hücum əməliyyatı hazırlandı və Horadiz istiqamətində aparılan bu əməliyyat zamanı düşmənə ilk sarsıdıcı zərbələr vuruldu. Nəticədə Horadiz şəhəri də daxil olmaqla düşmən işğalındakı 23 yaşayış məntəqəsi azad edildi, düşmən haqqında yaradılan mif darmadağın olundu. 1994-cü ildə Ermənistanla əldə olunmuş atəşkəs razılaşması Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulması işində əsaslı və yeni mərhələnin başlanğıcına çevrildi. Onu da unutmuruq ki, Silahlı Qüvvələrimizin yaranma günü- hamımızın qürur və sevgi ilə qeyd etdiyimiz 26 iyun tarixi Prezident Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla həyatımıza daxil oldu. Bu, tarixinə hörmətin ifadəsi ilə bərabər, 1918-ci ildə həmin tarixi yaradan, Azərbaycan Ordusunu quran Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski, Həbib bəy Səlimov, İbrahim ağa Usubov və digər insanlarımızın xatirəsinə ehtiramın nümunəsi idi. Silahlı Qüvvələrimizin tarixi ilə yaxından maraqlanan hər kəs Ümummilli Liderimizin o tarixə necə həssaslıqla yanaşdığını bilir və onu da xatırlayır ki, hələ Azərbaycana rəhbərliyinin ilk illərində, 1971-ci ilin iyun ayında Bakı şəhərində Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb onun şəxsi nüfuzunun və apardığı gərgin işin nəticəsi olaraq yarandı. Həmin vaxtlar azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması da Heydər Əliyevin milli hərbi zabitlərin yetişməsi üçün apardığı uzaqgörən siyasətin nəticəsi idi. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərdiyi də unudulmayıb.

Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əsası Ulu Öndər tərəfindən qoyulan dövlət siyasəti Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Bu gün belə bir Ordunun xalqımıza bəxş etdiyi parlaq qələbənin doğurduğu hissləri yaşayırıq. Xalqımızın bu yaşantılarını Prezident tarixi çıxışında bu cür ifadə etdi: “Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.

Silahlı Qüvvələrimizin işğalçı düşmən üzərindəki tam və qəti qələbəsi bir də onunla müşayiət olundu ki, xalqımız istər prosesin getdiyi 44 günlük müharibədən əvvəl, istər müharibə dövründə və istərsə də müharibədən sonrakı vaxtlarda mükəmməl və ardıcıl Azərbaycan diplomatiyasının üst qatının bəhrələrini əyani şəkildə görə bildi. Məsələ ondadır ki, faktik olaraq işğala məruz qaldığımız, beynəlxalq hüququn tanıdığı ərazi bütövlüyümüzü qoruma cəhdlərimiz zamanı dünyanın bəzi aparıcı dövlətlərinin sanksiyalarına hədəf seçildiyimiz 1992-1993-cü illərdən fərqli olaraq indi o dövlətləri sükut içində gördük. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı çıxma təşəbbüslərinin qarşısının alınmasında dövlətimizin apardığı fəal diplomatiyanın gücünü hiss etdik. Birinci Qarabağ müharibəsindəki situasiyadan fərqli olaraq yanımızda dostlarımızı, dost münasibəti göstərən Qoşulmama Hərəkatına üzv ölkələrin birmənalı mövqeyini görmək də subyekt olaraq tək olmadığımızın göstəricisi idi. Türkiyə, Pakistan, Əfqanıstanın haqlı mübarizəsində Azərbaycana hərtərəfli kömək göstərməyə hazır olduqları ilə bağlı bəyanatları döyüşən Ordumuzun gücünü birə-beş artırdığı kimi, onun yanında olan xalqımıza ən böyük dəstək oldu.

Bütün bunlar Ümummilli Liderimizin əsasını qoyduğu, Prezident İlham Əliyevin yaradıcılıqla davam etdirdiyi Azərbaycan dövlət siyasətinin bəhrələri idi və bunları görmək xalqın bir nümayəndəsi olaraq, hər birimiz üçün ifadə olunmayacaq dərəcədə xoş idi.

Bunlara görə Azərbaycan Silahlı Qüvvələrinin 103-cü ildönümü hər birimiz üçün əsl bayram ovqatı oldu.

33 ildir ki, hər bir azərbaycanlıda, Azərbaycan vətəndaşında, dünyanın hansı yerində yaşamasına baxmayaraq, ədalət hissi olan hər kəsdə qıcıq hissi oyadan “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini ictimai-siyasi leksikadan çıxaran müzəffər Ordumuzun doğum günü həm də buna görə qiymətlidir. Buna görədir ki, hər birimiz Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdamı həsrətində olan insanlara sevinc bəxş etdiyinə görə Azərbaycan Silahlı Qüvvələrinə və onun Müzəffər Ali Baş Komandanına “Sağ olun, yüz yaşayın!” deyirik.

Təhsil işçisi olaraq ümidvar olduğumuzu bildiririk ki, gənc nəslin yaddaşında əbədilik həkk olunması üçün bu tariximizi, dövlət və xalq olaraq, tariximizə həkk olunmuş yaşadığımız günlərin mahiyyətini uşaqlar, yeniyetmələr və gənclərə açmaq və aşılamaq üçün heç birimiz əlimizdən gələni əsirgəməməliyik.

Bu, pedaqoji işçidən daha çox vətəndaş kimi hər birimizin borcudur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO