F-2: “Hitech Grand Prix” komandası yeni mövsüm üçün heyətini açıqlayıb
Bakı, 18 yanvar, AZƏRTAC
Formula 2 yarışında çıxış edən “Hitech Grand Prix” komandası yeni mövsüm üçün heyətini açıqlayıb.
AZƏRTAC komandaya istinadla xəbər verir ki, “Hitech Grand Prix” “Red Bull”un gənclər proqramının üzvləri - Ayzek Hacar və Cek Krouford ilə müqavilə imzalayıb.
A.Hacar ötən mövsüm Formula 3-də 3 qələbə qazanıb və ümumi sıralamada dördüncü olub. C.Krouford da ötən mövsümü Formula 3-də keçirib. Bir qələbə qazanan pilot yarışı yeddinci pillədə başa vurub.
Qeyd edək ki, Formula 2 üzrə dünya çempionatının yeni mövsümü martın 3-də Bəhreyndə start götürəcək. Mövsümə noyabrın 26-da Əbu-Dabidə yekun vurulacaq. Mövsümün dördüncü mərhələsinə Azərbaycan ev sahibliyi edəcək. Yarış aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]